Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mənə ayrılığı sən öyrətmisən

PİA.az yazar-jurnalist Əcəmi Əsədullanın şeirini oxuculara təqdim edir...

Mənə ayrılığı sən öyrətmisən
Vaxtsız ilk doğuşun sancısı kimi
Məni ayrılığa sən öyrətmisən.
Lap elə tənhalıq tanrısı kimi.

***
Ya da tanrıların tənhalığı tək
Yalnızam, yalnızam, gecədən yalnız
Mənim savablarım qır qazanında
Sənin günahların cənnətdədir, qız.

***
Nə günah işlədim rast gəldin mənə
Görəndə dedim ki, ay parəsidir
Vallah sən günahsan, bu sevgi günah
Ayrılıq bu eşqin kəffarəsidir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Ən çox oxunanalar