Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Menbiçdə Vaşinqton və Ankaranın təhlükəli PYD/YPG tanqosu...

Politoloq: “ABŞ rəsmiləri də etiraf edib ki, əl-Babın cənubundan Menbiç-Afrin xətti yaratmaq istəsələr də, Afrin əməliyyatı ilə Türkiyə bu planın qarşısını aldı”

“Menbiçdə möhkəmlənməyə çalışan ABŞ Türkiyənin burada ikinci Afrin əməliyyatını təkrarlayacağından narahat olduğu üçün mümkün qədər çox vaxt udub kürd silahlıları - PYD/YPG-ni buradan çıxarmağa tələsmir. ABŞ-ın bu yolla Fəratın şərqində kürdlərə muxtariyyət tələb edə biləcəyi istisna olunmur”.

Bu sözləri politoloq Nəzakət Məmmədova Menbiç ətrafında Türkiyə ilə ABŞ arasındakı gərginliyin yenidən pik həddə çatmasını şərh edərkən qeyd edib.

Menbiç ətrafında Türkiyə ilə ABŞ arasında gərginlik yenidən pik həddə çatıb. ABŞ-ın Menbiçdəki kürd silahlılarını bu ərazidən çıxarmaq fikrinin olmaması Ankaranın səbrini tükədib. Ötən həftə Ərdoğan Menbiçə qarşı hərbi əməliyyat keçiriləcəyinin siqnalını verib. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu isə Türkiyə ordusunun Menbiçdə ABŞ hərbiçiləri ilə üz-üzə gəlməsini istisna etməyib və nazir vurğulayıb ki, bu təhlükə Menbiçə girmək üçün Türkiyənin qarşısını ala bilməz.

Qeyd edək ki, Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatı Mədəniyyətlər İttifaqı VIII Qlobal Forumunda iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarına gedən Mövlud Çavuşoğlu görüşləri çərçivəsində Türkiyənin Nyu York Baş Konsulluğunda türklərlə bir araya gəlib.

Görüş zamanı M.Çavuşoğlu deyib: “Türkiyə-Amerika münasibətlərini gərginləşdirən iki məsələ var. Bunlardan biri ABŞ-ın Suriyada terror təşkilatı YPG/ PKK-ya dəstək verməsidir. Bunların eyni təşkilat olduğunu bilməsinə və qəbul etməsinə baxmayaraq, Amerika onlarla iş birliyi qurur. Bu, böyük bir xətadır. Biz Menbiçdə razılaşdırılmış yol xəritəsini həyata keçirməyə çalışırıq, birgə patrul xidmətlərinə başlamışıq. Amma bu yol xəritəsi sadəcə Menbiçlə məhdud deyil, Fəratın şərqində YPG/PKK-nın işğal etdiyi rayonlara da aiddir.

ABŞ-Türkiyə müansibətlərində ikinci mühüm məsələ 15 İyul xain dövlət çevrilişi əmrini verən Fətullahçı Terror Təşkilatının dəstəbaşı Fətullah Gülənə qarşı ekstradisiya tələblərimizin bu günə qədər yerinə yetirilməməsidir. Aramızada ciddi gərginlik yaratmış bu iki məsələdə biz Türkiyə olaraq 100 deyil, 1000 faiz haqlıyıq.”

Qeyd edək ki, hazırda Menbicdə çox mürəkkəb geosiyasi ssenarilər planlaşdırılır. Vaşinqton bütün gücü ilə Ankaranı kürd faktoru ilə razılaşmağa zorlayır. Ankara isə öz növbəsində bütün gücü ilə Vaşinqtonun iradəsinə qarşı dirənir.

Məsələ ondadır ki, Suriyadakı hazırkı vəziyyətə əsasən Vaşinqton PYD/YPG kürd birləşməsindən geosiyasi olaraq asılıdır və hazırda Vaşinqtonun PYD/YPG-da imtina etmək kimi bir lüksü yoxdur. Rusiyanın və İranın Suriyada güclü durumda olduğu indiki şəraitdə ABŞ-ın Suriyada qala bilməsi üçün tək müttəfiq və geosiyasi alət kürdlərdir. Lakin Türkiyə ABŞ-dan kürdlərlə əlaqəni kəsməyi və Menbiçi PYD/YPG yaraqlılarından təmizləməyi tələb edir. Kürdlərlə aralarının pozulması isə fakitiki olaraq ABŞSuriyada oyundankənar vəziyyətə qoyur. Bu isə təbii ki, Vaşinqton üçün qəbulolunmazdır.

Bu üzdən də Vaşinqton Ankaranı kürdlərlə barışıdırmağa cəhd eləməklə yanaşı eyni zamanda Suriyadakı kürd faktorunu gücləndirməyə də çalışır. Bu isə paralel olaraq Ankara üçün qəbulolunmaz haldır. Yəni faktiki olaraq iki NATO ölkəsinin Suriyadakı maraqları tamamilə tərs düşüb və bu maraqları uzlaşdırmaq heç də asan görünmür.

ABŞ və Türkiyə hərbiçilərinin Menbiçdə qarşı-qarşıya gəlməsinə ehtimal vermək olar, ya da əksinə, ABŞ-ın YPG silahlılarının Menbiçdən çıxarılması ehtimalı varmı? Həmçinin YPG mövzusunda ABŞ və Türkiyə arasında orta nöqtənin tapılmasını mümkün hesab etmək olar?

PİA.az-ın əməkdaşı bu mövzu ətrafında politoloq Nəzakət Məmmədovanın fikirlərini öyrənib.

Nəzakət Məmmədova: “ABŞ-ın yeni dünya düzənini Orta Şərqdə qurmağa çalışdığını müşahidə edirik”.

ABŞ-ın kürd məsələsi ilə bağlı maraqlarını PİA.az-a şərh edən Nəzakət Məmmədova bildirib ki, Vaşinqtonun əsas məqsədi İraqın və Suriyanın şimalından Aralıq dənizinə çıxışı olan bir zolaq yaradıb oranı kürdlərin nəzarətinə vermək və orada Pentaqonun bazalarını yerləşdirib bu bazalar vasitəsilə Türkiyə, İran, İraqSuriyanı nəzarətdə saxlamaqdan ibarətdir. Politoloq qeyd edib ki, Türkiyə “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatları ilə bu planın qarşısını almağa müəyyən qədər nail olub:

“Məsələyə qlobal nöqteyi-nəzərdən baxsaq, ABŞ-ın Yeni dünya düzənini Orta Şərqdə qurmağa çalışdığını müşahidə edirik. Vaşinqtonun əsas məqsədi İraqın və Suriyanın şimalından Aralıq dənizinə çıxışı olan bir zolaq yaradıb oranı kürdlərin nəzarətinə vermək və orada Pentaqonun bazalarını yerləşdirib bu bazalar vasitəsilə Türkiyə, İran, İraqSuriyanı nəzarətdə saxlamaqdan ibarətdir.

Lakin Türkiyə “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatları ilə bu planın qarşısını almağa müəyyən qədər nail oldu. Hazırda ABŞ öz planın icrası üçün Suriyada PYD/YPG qüvvələrindən istifadə edir ki, bu Türkiyəni qane etmir. ABŞ rəsmiləri də etiraf edib ki, əl-Babın cənubundan Menbiç-Afrin xətti yaratmaq istəsələr də, Afrin əməliyyatı ilə Türkiyə bu planın qarşısını aldı.

Afrin-Menbiç xətti planları süquta uğrayan ABŞ Fərat çayının şərqində və Menbiçdə öz gücünü artırmağa çalışdı. Doğrudur, ABŞ-ın təxminən iki min nəfərlik hərbçisi olsa da, PYD/YPG qüvvələri onun gücünü xeyli artırmış olur.

Nəzakət Məmmədova: “ABŞ yeni müttəfiqi PYD/YPG-ni köhnə müttəfiqi Türkiyədən qorumağa çalışır və bir silahlı qruplaşmanı bir NATO üzvündən daha üstün tutur”.

Menbiçdə möhkəmlənməyə çalışan ABŞ Türkiyənin burada ikinci Afrin əməliyyatını təkrarlayacağından narahat olduğu üçün mümkün qədər çox vaxt udub kürd silahlıları - PYD/YPG-ni buradan çıxarmağa tələsmir. ABŞ-ın bu yolla Fəratın şərqində kürdlərə muxtariyyət tələb edə biləcəyi istisna olunmur.

Təbii ki, belə bir vəziyyət Türkiyənin milli təhlükəsizliyinə birbaşa təhdiddir. İraqın şimalında mövcud olan ərazilər Türkiyəyə bugünkü günədək necə təhdid mənbəyidirsə, Suriyada da o cür ikinci bir PYD/YPG nəzarətində olan bölgənin mövcudluğu Türkiyəyə eyni təhdid ola bilər.

Türkiyə Sincar əməliyyatından sonra ABŞ müttəfiqi PYD/YPG-nin təhlükəsizliyini təmin etmək, bölgənin enerji nəzarətini rahatlıqla həyata keçirmək üçün Rakkada radilokasiya stansiyası qurmaqdadır. Bu, Türkiyənin PYD/YPG-ni vurmaq cəhdlərinə mane olacaqdır. ABŞ yeni müttəfiqi PYD/YPG-ni köhnə müttəfiqi Türkiyədən qorumağa çalışır və bir silahlı qruplaşmanı bir NATO üzvündən daha üstün tutur”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar