Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Mən yaş torpaqlarda yatanda İbadoğlu qardaşları Bakıda isti yorğan-döşəkdə yatırdılar”

Osman Kazımovdan Qubad İbadoğluya sərt ittihamlar...

Müsavat başqanının müavini Osman Kazımov Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu və qardaşı Vüqar Bayramlının ünvanına sərt ittihamlar səsləndirib. Məlumata görə, Osman Kazımovun qardaşları hədəfə almasının səbəbi “Facebook”da “Füzulilər” səhifəsində təhqir edilməsilə bağlıdır.

Müsavat başqanının müavini bildirib ki, onu təqhir edənlər Qubad İbadoğlunun tərəfdarlarıdır. Bunun kökündə isə onun 84 saylı Füzuli seçki dairəsindən namizədliyini irəli sürməsidir. Bu dairədən Vüqar Bayramov da namizəddir:

“Qubad İbadoğlunun tərəfdarlarının “Füzulilər” səhifəsində mənim ünvanıma təhqiramiz ifadələr işlətməsi yaxşı hal deyil. 2005-ci il parlament seçkiləri zamanı mən 84-cü dairədən Azadlıq blokunun ilk müəyyən olunmuş namizədi idim. Müəyyən səbəblərə görə Qubad İbadoğlunun xeyrinə namizədliyimi vermədim.

Baxmayaraq ki, Qubad İbadoğlunun Füzuli ilə elə bir baglılığı yox idi. Onun qələbə çalması üçün ciddi dəstək verdim. Mətbuatla Füzulilərə müraciət etdim. Qardaşı Vüqar Bayramlı indi bu dairədən namizədliyini irəli sürüb. Olsun. Hüququdur. Amma qardaşının dəstəkçilərinin təhqiri yaxşı hal deyil. Belə mübarizə aparmırlar.

Nə mən nə də məni müdafiə edənlər təhqirlərə caab verməyəcəyik. Əgər hesab edirlərsə ki, belə təhqiramiz hərəkətlərlə məni nüfuzdan salıb Qubad İbadoğlunun qardaşı Vüqar Bayramova kömək edəcəklər yanılırlar. Mən Füzulinin qorunması üçün canımı belə əsirgəməyəndə, Füzulinin yaş torpaqlarında yatanda İbadoğlu qardaşları Bakıda isti yorğan-döşəkdə yatırdılar”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Ən çox oxunanalar