Cümə axşamı, 25 Fevral 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

“Mən öz gözlərimlə görmüşəm ki…” – Siyavuş Novruzov

Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın beynəlxalq miqyasda təbliği, onun dünyaya layiq olduğu şəkildə tanıdılması qarşıda duran əsas məsələlərdən biridir. Hansı ki, ölkə başçısı da Şuşa ilə bağlı xarici ölkələrdə sərgi və təqdimatların keçirilməsinin vacibliyini vurğulayıb, bu məsələni diqqət mərkəzində saxlamağın əhəmiyyətini qeyd edib.

Məlumat üçün qeyd edək ki, artıq Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Şuşanın təbliği, o cümlədən Azərbaycan mədəniyyətinin təbliği istiqamətində ciddi addımlar atmaqdadır. Bu addımlardan biri kimi Özbəkistan Milli Mətbuat Agentliyinin dəstəyi ilə Özbəkistan KİV-ləri arasında Azərbaycanla bağlı keçirilən müsabiqəyə “ŞuşaAzərbaycanın mədəniyyət paytaxtı” adlı nominasiyanın da daxil edilməsini göstərmək olar.

PİA.az xəbər verir ki, Moderator.az-a açıqlamasında bu kimi addımların Şuşanın təbliği baxımından mühüm rol oynadığına diqqət çəkən millət vəkili Siyavuş Novruzov, bütövlükdə Azərbaycan mədəniyyətinin, tarixinin təbliğinin vacib olduğunu qeyd etdi:

“Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin ölkəmizlə bağlı keçirdiyi bu cür müsabiqələr, bu müsabiqələrə Şuşaya da diqqətin ayrılması şübhəsiz ki, mühüm əhəmiyyətə malikdir. O dövlətlərdə ki, bizim səfirliklərimiz var, onların bir çoxunda bizim Mədəniyyət Mərkəzlərimiz də var. Mədəniyyət Mərkəzlərimizin olmadığı ölkələrdə isə həm diaspor təşkilatlarımız, həm səfirliklərimiz, həm də Mədəniyyət Nazirliyimiz Azərbaycanın tanıdılması üçün təqdimatlar keçirməlidir.

Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın tanıdılması üçün Fransanın, İtaliyanın müxtəlif şəhərlərində Azərbaycan muğamı, Azərbaycan mətbəxi, Azərbaycan incəsənəti mütəmadi şəkildə təbliğ olunub. Hətta Kann festivalında da “Azərbaycan günləri” keçirilib. Mən öz gözlərimlə görmüşəm ki, insanlar “Azərbaycan günləri”nə necə maraq göstərirdi. Bu baxımdan, Şuşanın tanıdılması olduqca zəruridir.

Şuşanı dünyaya tanıtmaq və sevdirmək üçün zəngin materiallarımız mövcuddur. Biz bu materiallardan istifadə edərə çalışmalıyıq ki, qoy beynəlxalq ictimaiyyət Şuşanın dünənini də, keçmişini də görsünlər, gələcəkdə Şuşanın bərpasını da görsünlər. Onlar görsünlər ki, Şuşa erməni işğalı altında olanda hansı vəziyyətdə idi, erməni faşistləri tərfindən hansı dağıntılara məruz qalmışdı, Azərbaycan tərəfindən azad ediləndən sonra necə dirçəldi, hansı bərpa işləri aparıldı. Bütün bunlar, Şuşanın, onun timsalında dövlətimizin, xalqımızın tarix və mədəniyyətinin təbliği baxımından mühüm əhəmiyyətə malikdir. Bu baxımdan atılan hər bir addım, o cümlədən Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin gördüyü işlər alqışlanmalıdır”.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Erməni generalı boğaraq öldürən şəhid Cəbrayıl Dövlətzadə barədə bilinməyənlər - Video

"Bakı-Ceyhanı “İsgəndər”lə vurmaq istədim - Paşinyan qadağan etdi..." - Şok açıqlama

Ermənistanda hərbi çevriliş, bütün ordu hərəkətə keçdi – Son dəqiqə

“Paşinyan Rusiyanın hərbi-sənaye kompleksinə elə zərbə vurdu ki...” - Moskvadan təhqir dolu açıqlamalar

Sabah məktəblərdə dərslər dayandırılacaq? - Rəsmi açıqlama

“Xankəndi Şuşadan daha tez alına bilərdi, bəs niyə alınmadı?”

“Mübariz Qurbanlı, Siyavuş Novruzov, Əli Əhmədov, Bahar Muradova kimi adamlar...”

Səfirdən Bakıya yağan qarla bağlı maraqlı paylaşım: “Əyləşin, cənab səfir”

Hüquqşünasdan müraciət: “Azərişıq”, “Azəriqaz”, vicdanınız olsun  

Ən çox oxunanalar