Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Mən də insan idim…” – Əli Həsənov günahını yumağa başladı

Prezidentin keçmiş köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq rəhbəri Əli Həsənov "Facebook" səhifəsində izləyicilərinin sərt sualları, tənqidləri ilə üzləşir.

Sosial şəbəkə istifadəçiləri KİVDF ətrafında baş verən olaylardan dolayı onu ədalətsizlikdə, korrupsiyada, dövlətin media siyasətini batırmaqda qınayırlar. Bu ittihamların əksəriyyətini cavabsız qoyan sabiq şöbə müdiri, tənqidlərin birinə reaksiya verib.

İzləyicilərdən Xanlar Xoca onu günahlarını yumaq üçün tövbə etməyə dəvət edib: "Əli müəllim, Allah sizə qapı açmışdı, Prezidentin etimadını qazanmışdınız,amma siz o imkandan ədalətli istifadə etmədiniz, layiq olmayanlara hər cür şərait yaradıb, hətta ofis, maliyyə imkanları verdiniz, layiq olanlar isə kənarda qaldı. Bu gün dövlətin yaratdığı imkanlardan kənarda qoyduğunuz insanlar susur, şərait yaratdığınız və sizin sayənizdə tanınıb var-dövlət sahibi olanlar sizdən imtina edir, daha yaxşı görünmək üçün öz aralarında az qala "kim daha yaxşı yıxıb-sürüyər" prinsipi ilə yarışırlar. Əlindən tutduqlarınız üzünüzə durmağa hazırdırlar. Əminəm ki, çox sarsıntı keçirirsiniz, kimlərə şərait yaratdığınızı gördükcə peşmançılıq hissi keçirirsiniz. Mən də, başqaları da möhtərəm Prezidentimizə mediadakı vəziyyətlə bağlı müraciətlərimiz gedib çatmayanda, bütün yazdıqlarımız sizin şöbədə itib-batanda eyni sarsıntını keçirmişik. Nəinki evlər, maliyyə vəsaitləri ədalətsiz şəkildə bölündü, hətta tədbirlərə belə sizin adamlar dəvət olunurdu. Bu gün həmin adamlar sizə qarşıdır, ilk daş atan da məhz onlardır, həm də axtarıb ən yekə daşları tapıb atmağa çalışırlar ki, daha yaxşı rezonans doğursun. Siz ömrünüzü vəzifədə keçirdiniz, biz də məhrumiyyətlər içərisində. Gün gəldi siz vəzifəni itirdiniz, biz də olduğumuz yerdəyik. Sonda bərabər olduq. Budur ilahi ədalət! Sizin ümid edirəm ki, səhvlərinizdən nəticə çıxarmaq və tövbə etmək üçün kifayət qədər zamanınız olacaq. Biz haqqımızı halal etməsək də, Allah Rəhman və Rəhimdir".

Əli Həsənov isə cavabında yazıb: "Ümummilli Liderimizin gözəl bir fikri var idi. Söyləyirdi ki, “zaman hər şeyi öz yerinə qoyur”. Doğrudan da, həyatımızda hər şeyin qiymətini zaman verir. Kim nə etməliydi, yaxud etməməliydi... Mən məmur idim, insanlara şəraiti də mənə olan münasibətlərinə görə deyil, dövlətə, hakimiyyətə münasibətə, insanlara göstərdikləri xidmətə və həmin xidmətin ictimai dəyərləndirilməsinə görə qiymət verirdim. Mən də insan idim və qətiyyən o fikrdə deyiləm ki, hər şeyi ideal etmişəm. Yalnız deyə bilərəm ki, bunun üçün maksimum çalışmışam!". (yenisabah)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar