Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məmurların ölkədən kənara çıxardıqları sərvətləri qanuni hasab etmək olar?

Millət vəkili: “Bütün hallarda məmurların fəaliyyətinin tənzimlənməsi qanuna əsaslanmalıdır”

“Elə məmur var ki, onun elmi fəaliyyəti və yaxud da başqa sahədən gəlirləri var. Buna görə də həmin məmurun biznesinin olmağı normal qəbul oluna bilər. Amma bu hal hamıya şamil deyil. Bütün işlərin bəyamnaməsi olmalıdır və nə qədər vəsaitin xərcləndiyi də göstərilməlidir”.

Bu sözləri millət vəkili Fazil Mustafa son zamanlar yüksək çinli məmurların xaricdəki bizneslərini sənədlərlə ifşa edən materialların dərc olunmasını PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycanda korrupsiyanın miqyasının hədsiz geniş olduğu və ona qarşı effektli mübarizəyə başlamağın vacibliyi təkcə beynəlxalq təşkilatlar tərəfindən deyil, elə hakimiyyətin özü tərəfindən də etiraf olunan gerçəklikdir. Ölkə prezidenti İlham Əliyev də dəfələrlə bu aktual mövzuya toxunaraq korrupsiyaya qarşı mübarizənin daha da genişləndirilməsini vurğulayıb. Buna baxmayaraq korrupsiyanın azaldılması üçün atılan addımlar yetərli görünmür.

Son zamanlar ardı-ardına yüksək çinli məmurların xaricdəki bizneslərini sənədlərlə ifşa edən materiallar dərc olunur. Bu sənədlərə rəsmi reaksiyalar isə demək olar ki, yoxdur. Hətta bəzi məmurlar xaricdə bizneslərinin olmasını normal hal olması barədə bəyanatlar yayırlar.

Ümumiyyətlə həmin məmurların əldə etdikləri və ölkədən kənara çıxardıqları sərvəti qanuni hesab etmək olarmı və məmurların bizneslə məşğul olmaları qanunla yasaqlandığı halda, rəsmi dairələrin ölkədən çıxarılan sərvətlərlə bağlı susqunluğunu necə dəyərləndirmək olar? Bu korrupsiyaya qarşı mübarizəyə xələl gətirmirmi və hazırda hökümətin kölgə iqtisadiyyatına qarşı apardığı mübarizəyə kölgə salmırmı?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Böyük Quruluş Partiyasının sədri, millət vəkili, hüquqşünas Fazil Mustafanın fikirlərini öyrənib.

Fazil Mustafa: “Azərbaycanda “Vəzifəli şəxslərin gəlir deklarasiyası haqqında” qanun icra edilmədiyinə görə məmurların əldə etdikləri və ölkədən kənara çıxardıqları sərvətin hesabını tələb etmək mümkün deyil”.

Azərbaycanda “Gəlir deklarasiyası haqqında” qanunun olduğunu xatırladan millət vəkili PİA.az-a açıqlamasında bildirib ki, hələ ki, bu qanun tətbiq olunmur. Buna görə də məmurların gəlirlərinin mənbəyinin hüquqi cəhətdən araşdırılması məsələsində bir boşluq var. Uzun müddət keçməsinə baxmayaraq bu məsələnin həlli bu vaxta qədər mümkün olmayıb:

“Məmurlar qanunla hər il gəlir deklarasiyası verməlidirlər. Azərbaycanda “Vəzifəli şəxslərin gəlir deklarasiyası haqqında” qanun qəbul olunub. Ancaq bu qanunun icraata başlaması üçün Nazirlər Kabineti tərəfindən təsdiqlənməlidir. Qanun icra edilmədiyinə görə məmurların əldə etdikləri və ölkədən kənara çıxardıqları sərvətin hesabını tələb etmək mümkün deyil. Yəni ölkədə “Gəlir deklarasiyası haqqında” qanun var, amma hələ ki, bu qanun tətbiq olunmur.

Buna görə də məmurların gəlirlərinin mənbəyinin hüquqi cəhətdən araşdırılması məsələsində bir boşluq var. Bu baxımdan uzun müddət keçməsinə baxmayaraq bu məsələnin həlli bu vaxta qədər mümkün olmayıb. “Vəzifəli şəxslərin gəlir deklarasiyası haqqında” Nazirlər Kabinetinin qərarı olmalıdır. Qərar yoxdursa, demək ki, məmurların gəlirlərinə deklarasiyanı tətbiq etmək mümkün olmayacaq.

Fazil Mustafa: “Təbii ki, hökümətin kölgə iqtisadiyyatına qarşı apardığı mübarizə qanuna əsaslanmalıdır. Yəni qanun əsasında sənədlər qəbul olunmalıdır. Amma bu sənədlər hələ ki, yoxdur”.

Bütün hallarda məmurların fəaliyyətinin tənzimlənməsi qanuna əsaslanmalıdır. Elə məmur var ki, onun elmi fəaliyyəti və yaxud da başqa sahədən gəlirləri var. Buna görə də həmin məmurun biznesinin olmağı normal qəbul oluna bilər. Amma bu hal hamıya şamil deyil. Bütün işlərin bəyamnaməsi olmalıdır və nə qədər vəsaitin xərcləndiyi də göstərilməlidir.

Təbii ki, hökümətin kölgə iqtisadiyyatına qarşı apardığı mübarizə qanuna əsaslanmalıdır. Yəni qanun əsasında sənədlər qəbul olunmalıdır. Amma bu sənədlər hələ ki, yoxdur. Əsasən problemlər də buna görə yaşanır. Həmin sənədləri Nazirlər Kabineti qəbul etsə, yəqin ki, ondan sonra problem olmayacaq”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar