Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Məmurların əmlaklarına problem yaranacaq” - Sərdar Cəlaloğlu

“Avropada Çexiya, Macarıstan kasıb ölkələrdən biridir, orada əmlak çox ucuz olduğuna görə, Azərbaycan məmurları kütləvi şəkildə oradan daşınmaz əmlak alır”

PİA.az bildirir ki, bunu “Yeni Sabah”a açıqlamasında Azərbaycan Demokrat Partiyasınnın sədri Sərdar Cəlaloğlu Çexiyada korrupsiya əleyhinə keçirilən aksiyalar və bunun fonunda Azərbaycan məmurlarının bu ölkədəki əmlaklarına təhlükə yarana biləcəyi ilə bağlı durumu şərh edərkən deyib. S. Cəlaloğlunun fikrincə, aksiyaların nəticəsi olaraq əgər genişmiqyaslı korrupsiya araşdırması başlayarsa, o zaman mütləq Azərbaycan məmurları ilə bağlı da problem yaranacaq:

“Güman edirəm ki, yerli vətəndaşlarla xarici vətəndaşlar arasında olan korrupsiya əlaqələri araşdırılacaq. Çünki həmin əmlaklar korrupsiya yolu ilə əldə edilmiş vəsaitlər hesabına alınıb. Tutaq ki, çox yüksək qiyməti olan əmlak Azərbaycan məmurlarına bir çox hallarda ucuz qiymətə satılıb. Və bu araşdırmaların aparılacağı təqdirdə ciddi nəticələr ola bilər.

Amerika məhkəməsində də Azərbaycanla bağlı belə araşdırmalar aparılmışdı. Eləcə də, Çexiyada obyektiv araşdırılma aparılsa, Azərbaycan məmurlarının cinayət əlaqəsi birbaşa sübut oluna bilər”.

S. Cəlaloğlu bildirir ki, əgər korrupsiya faktları aşkar olunacaqsa, beynəlxalq hüquqa, o cümlədən mülki aktlara görə həmin əmlakların hamısı müsadirə oluna bilər: “Həmçinin, həmin məmurlara qarşı cinayət işi də qaldırıla bilər”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar