Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məmurlarımızın Britaniyadakı biznes dəftəri: Sahil Babayevin dollar milyoneri olan işçisi...

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin əməkdaşı Fərhad Ələkbərovun Böyük Britaniyada dövriyyəsi 40 milyon dollardan artıq olan şirkətləri mövcuddur...

Xatırlayırsınızsa “Beynəlxalq Bank”ın sədri Cahangir Hacıyevin Azərbaycandan milyonlarla dolları çıxartması ilə bağlı məhkəmə prosesində bir çox şirkətin adı keçmişdi. Bu siyahıda “Marduk Univers Ltd”, “Kingsway Business Limited”, “Hagaro Ltd” adlı şirkətləri də diqqət çəkmişdi. PİA.az-ın apardığı araşdırmakar nəticəsində məlum olub ki, bu şirkətlərə zamanında direktorluq etmiş şəxslərdən biri Fərhad Ələkbrovdur. Fərhad Ələkbərov hal-hazırda Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində rəhbər vəzifədə çalışır.

Fərhad Ələkbərovun statusunu aydınlaşdırmaq üçün Əmək və Əhalinin Sosial Müdafiə naziri Sahil Babayevə sorğu göndərsək də beş gün keçməsinə baxmayaraq sorğumuza cavab ala bilməmişik.

Qeyd edək ki, Fərhad Ələkbərova aid olan “Marduk Univers Ltd” şirkətinin hesabında 2018-ci ildə 14 milyon dollardan artıq pul olub. Bu “Marduk Univers Ltd” şirkətinin ötən il verdiyi hesabatda göstərilib.

Cənab Ələkbərovun digər şirkəti “Kingsway Business Limited”in hesabatında isə 2015-ci ildə 34 milyon dollardan artıq olub.

Fərhad Ələkbərovun “Linkedin” sosial şəbəkəsindəki hesabından görünür ki, o, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində çalışır və 2019-cu ildə şöbə müdiri vəzifəsinə keçib. Göründüyü kimi onu bu vəzifəyə indiki nazir Sahil Bbabyev təyin edib.

Məsələ ilə bağlı araşdırmamız davam edir. Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiə naziri cənab Sahil Babayevə göndərdiyimiz sorğunun cavabını gözləyirik.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar