Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Məmurlar elə bilirlər ki, problemləri inkar edərkən onlar öz-özünə yoxa çıxır”

“Azərbaycan məmurları, nazirləri (istər köhnə, yaşlı nəsil, istər yeni nəsl – fərq etməz) autotreninqlə məşğuldular, elə bilirlər ki, problemləri inkar edərkən onlar öz-özünə yoxa çıxır”...

Bunu iqtisadçı Natiq Cəfərli deyib.

“İqtisadiyyat Nazir Mikayıl Cabbarov görün nə deyir, tezislər, sitat şəklində: 1) İqtisadiyyatımızın əsas oyuncularına mənfi təsir minimal səviyyədədir. Çünki son illər ölkədə biznes mühiti yaxşılaşdırılır, iş adamlarının fəaliyyətinə müxtəlif müdaxilələrin azalması müşahidə edilir, 2) Hazırda dövlət büdcəsinə yığılan hər 4 manatın 3 manatı özəl sektorun payına düşür, 3) Çətinliklərə baxmayaraq Azərbaycan iqtisadiyyatı dayanıqlıq göstərdi.

Hörmətli Mikayıl müəllim, olmazdımı ki, problemləri etiraf edib, onlar haqqında danışıb, çıxış yolları göstərəsiniz?! Niyə axı autotreninqlə məşğul olursunuz?! Siz doğru olmayan fikirlər söyləyəndə onlar avtomatiq həqiqətəmi çevrilir?!

Hətta rəsmi rəqəmlərə görə ÜDM 1,7% azalıb (normal hesablama aparsalar daralma daha çox olmalıdı, çünki elə Mikayıl müəllim özü demişdi ki, karantinin hər günü ölkə iqtisadiyyatına 150 mln. manat ziyan vurur), həm ticarət, həm tədiyyə balansında mənfi saldo yaranıb, dollar satışını azaltmaq üçün camaatdan az qala qan analizi tələb edirlər, xarici şirkətlər davamlı olaraq ölkədən gedir, insanların real gəlirləri azalır, işsizlik baş alıb gedir (hökumətin öz etirafına görə martda cəmi 90 min olan işsizlik, sonra 600 min insana müavinat verilməsi ilə nəticələndi, hələ onminlərlə işsiz də müxtəlif bəhanələrlə qeydiyyata alınmadılar), vətəndaşların alıcılıq qabiliyyəti düşür, 4 bank bağlanır, insanlar o banklardan depozitinə hələ də normal ala bilmir, millət yastığının altına qoyduğu kəfən pulunu da yeyib-bitirmək üzrədir – Siz deyirsiniz ki, iqtisadiyyatımız problemlərə dayanıqlı oldu. Harda oldu ki, biz görmədik?!

Siz hardan bu rəqəmi almısınız ki, büdcəyə yığılan pulun 75%-i özəl sektordandır?! Büdcənin 49%-i Neft Fondundan daxil olur, 15%-ə yaxını neft sektorundan gələn ödənişlərdir, təqribən 10%-də neftdən dolayı asılılıq var – neft pulu hesabına, məsələn, müəllimə maaş verib onun 14%-ni vergi kimi büdcəyə geri alırsınız, ya da, məsələn, neft pulu hesabına körpü tikirsiniz, o tikintini aparan şirkətin vergi öhdəlikləri yaranır, o şirkət neft pulunun bir hissəsini vergi kimi geri qaytarır. Hə, bəlkə demək istəyirsiniz ki, vergilər xətti ilə daxil olan hər 4 manatın 3 manatı qeyri-neft sektorindandır?! Xub, bu da tam elə deyil, amma olsun, sadəcə, Siz artıq Vergilər Naziri deyilsiniz, böyük səlahiyyətli İqtisadiyyat Nazirisiniz, bunu unutmayın və çalışın iqtisadiyyatın şəklinə geniş pəncərədən baxın...” – N.Cəfərli qeyd edib.(pravda.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar