Cümə axşamı, 22 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Məmur övladlarının milyonluq maşın kolleksiyası - Fotolar 

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) yerli və mərkəzi icra hakimiyyətlərində keçirdiyi xüsusi əməliyyatlardan sonra yüksək vəzifəli şəxslərin dəyəri milyonlarla ölçülən sərvəti hansı yollarla qazandığı tam çılpaqlığı ilə məlum oldu. Cəmiyyət əməliyyat çəkilişləri vasitəsilə əyanı şəkildə gördü ki, icra başçıları və digər yüksək vəzifəli şəxslər rüşvət və korrupsiyadan əldə etdikləri vəsaitlərlə oliqarxa çevriliblər. Ona görə də cəmiyyət DTX-nın anti-korrupsiya tədbirləri çərçivəsində keçirdiyi bu əməliyyatları yüksək qiymətləndirməklə yanaşı “qara maskalı qardaş”a yeni ünvanlar göstərməyə başladı.

Prezident İlham Əliyevin DTX-nın xüsusi əməliyyatları çərçivəsində həyata keçirilən məmur həbsləri barədə danışarkən prosesin davamlı olacağını, heç kimə güzəşt edilməyəcəyini qəti şəkildə bildirməsi cəmiyyəti daha da ümidləndirdi. Sosial şəbəkələrdə ayrı-ayrı məmurların, onların övladlarının bahalı avtomobillərinin, dəbdəbəli villalarının, obyektlərinin fotoları yayılmağa başlandı..

PİA.az YeniSabah-a istinadən xəbər verir ki, bu günlərdə daha bir məmurun övladlarının bahalı avtomobil kolleksiyasından fotolar yayılıb. Həmin məmur Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Məmmədovdur.

Blogger Həbib Müntəzirin yazdığına görə, İlham Məmmədovun övladları Kənan və Nicatın avtomobil kolleksiyasına dövlət nömrə nişanı 90LV800, 90HL333, 90OV800, 90OR800, 99GE080 olan “Range Rover”, “Mercedec AMG S65”, “Mercedec S500”, “Toyota Camry” kimi bahalı maşınlar daxildir. “Nömrələrdən və “İnstagram” hesablarından görünür ki, ən çox sevdikləri rəqəm 800 rəqəmidir. Mən onların avtomobillərini bir fotoya güclə sığdırdım, hələ bəziləri qaldı, şərhə ataram”,- deyə blogger qeyd edib.

Bərdə rayonu ən çox narazılığın olduğu bölgələrdən hesab edilir. Yerli icra hakimiyyətlərin əməliyyatlar başlayanda sosial şəbəkələrdə DTX əməkdaşlarının Bərdəyə də “qonaq” gedə biləcəkləri barədə məlumatlar yayılmışdı.

pia.az 

Fotolar






Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Paşinyandan məğlubiyyət etirafı: “Qarabağı itirdik...”

Koronaviruslu xəstələri müalicə edən həkim rəqsi ilə gündəm oldu - Video

Ermənilər Paşinyanın arvadını biabır etdilər - Foto

Rusiya Ermənistan-Azərbaycan sərhədinə yerləşib - Kremlin verdiyi bu qərar nədən xəbər verir?

Ermənilər Nikol Paşinyanın gülünc vəziyyətə düşməyini məsxərəyə qoydular

Ermənistan prezidentinin ərə gedən oğlundan xəbər var – Fotolar

Paşinyan: “Ya qələbə, ya da məğlubiyyət – orta yol yoxdur”

Ermənistan Müdafiə Nazirliyinin brifinqində biabırçı anlar - Foto

loading...

Ən çox oxunanalar