Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məmmədyarovun nikbinliyi - Sülh olacaq, yoxsa ermənilərlə yenə vaxt öldürürük?...

Biz yenə də Rusiyanın usanmaz vasitəçiliyi ilə ermənilərlə vaxt öldürmürük ki?...

Politoloq: “Son aylar ərzində ardıcıl olaraq aparılan görüşlər, danışıqlar onu göstərir ki, nikbinliyi daha çox Azərbaycan tərəfi sərgiləyir”.

Moskva görüşü onu göstərdi ki, Azərbaycan tərəfi sülh addımların atmağa hazırdır və öz təklifləri var”.

Bu sözləri politoloq İlqar Vəlizadə dünən Moskvada keçirilən Azərbaycan, ErmənistanRusiya xarici işlər nazirlərinin görüşünü PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi dünən Moskva şəhərində Rusiya tərəfinin təşəbbüsünə əsasən, Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycan xarici işlər naziri Elmar MəmmədyarovErmənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçirildi.

Görüşdən sonra xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin Moskva görüşü faydalı və substantiv keçib. Nazir qeyd edib ki, əvvəlcə Azərbaycan, RusiyaErmənistan xarici işlər nazirləri üçtərəfli görüş keçirdilər:

“Çox faydalı görüş oldu. İndiyə qədər danışıqlarda irəliləyişə imkan verməyən məsələləri konkret şəkildə müzakirə etdik. Tam şəkildə irəliləyişin olmasını deyə bilmərəm. Ancaq Ermənistan tərəfi ilə bəzi problem yaradan məqamları ətraflı və daha dərindən başa düşə bildik. Məsələn, Ermənistan tərəfi statusla və təhlükəsizliklə bağlı məsələ qaldırdı. Biz isə qoşunların işğal altında olan torpaqlardan çıxarılması və məcburi köçkünlərin geri qaytarılması məsələsini qaldırdıq. Bu dörd fikir əsasında çox dərin müzakirələr apardıq”, deyə nazir bildirib.

Elmar Məmmədyarov vurğulayıb ki, görüşdə bəzi təkliflər səsləndirilib: “İndidən bu təklifləri açıqlamaq istəmirəm. Bu, həm Rusiya, həm digər həmsədrlər, həm də AzərbaycanErmənistan tərəfinin təklifləridir. Biz bu istiqamətdə işimizi davam etdirəcəyik”.

Nazir görüşün yekun bəyanatında qeyd olunduğu kimi, AzərbaycanErmənistan jurnalistlərinin Bakıya, Yerevana və Dağlıq Qarabağa səfərlərinin təşkili məsələsinə toxunub:

“Bu, çox maraqlı fikirdir ki, erməni və azərbaycanlı jurnalistlər Yerevana, Bakıya, Dağlıq Qarabağa səfərlər etsinlər. Bundan əlavə, cəbhə bölgəsində kənd təsərrüfatı ilə məşğul olan əhalinin təhlükəsizliyinin təmin olunması barədə razılığa gəldik. Ümid edirəm ki, Ermənistan tərəfi buna hörmətlə yanaşacaq. Sakinlərə öz torpaqlarında işləməyə imkan yaradacaqlar”.

Məmmədyarovun açıqlamasındakı müsbət notlar onu deməyə əsas verirmi ki, ermənilər doğrudan sülh əldə edilməsi üçün torpaqlarımızın işğalına son verməyə hazırdırlar? Yaxud da nazirlər, KİV nümayəndələrinin qarşılıqlı səfərləri də daxil olmaqla, insanlararası təmasların qurulması istiqamətində praktiki addımların atılmasına razılıqlarını ifadə ediblər. Erməni tərəf bundan status-kvonun qorunması üçün istifadə edə bilərlərmi? Biz yenə də ermənilərlə Rusiyanın vasitəçiliyi ilə vaxt öldürmürük ki?...

Qeyd edək ki, son zamanlar Ermənistanın baş naziri və müdafiə naziri səviyyəsində verilən açıqlamalar Ermənistan tərəfin heç də sülhə hazır olmadıqlarını və işğal altında olan torpaqların azad olunması barədə düşünmədiklərini ortaya qoymaqdadır. Ermənistan tərəfi açıq şəkildə sülh üçün işğal etdiyi torpaqları geri verməyəcəklərini və bu barədə heç düşünmədiklərini, hətta yeni torpaqlar işğal edəcəklərini konkret və çəkinmədən bildirirlər. Bu fonda Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun sərgilədiyi nikbinlik də anlaşılmaz görünməkdədir.

Xarici işlər nazirlərinin Moskva görüşü ilə bağlı PİA.az-ın əməkdaşı politoloq İlqar Vəlizadənin fikirlərini öyrənib.

İlqar Vəlizadə: “Azərbaycan tərəfinin nikbinliyi onu göstərir ki, hansısa vədlər erməni tərəfindən alınıb”.

Yenə də işğal olunmuş torpaqların qaytarılması ilə bağlı konkret nəticələrin əldə olunmadığını xatırladan politoloq PİA.az-a əlavə açıqlamasında edib ki, Azərbaycan tərəfi bütün hallarda çalışacaq ki, sülh prossesini tezləşdirsin:

“Son aylar ərzində ardıcıl olaraq aparılan görüşlər, danışıqlar onu göstərir ki, nikbinliyi daha çox Azərbaycan tərəfi sərgiləyir. Bu nikbinlik də bu və ya digər şərtlər altında erməni tərəfin Azərbaycanın istəklərini nəzərə alması ola bilər. Azərbaycanın istəyi də odur ki, torpaqlar geri qaytarılsın və qaçqınlar da öz yurdlarına qayıtsınlar. Bu istəklər də o zaman kokret ola bilər ki, regionda tam olaraq sülh şəraiti yaradılsın. Yəni hər iki tərəfdən atılan hümanitar addımlar və xalqların sülhə hazırlanması prosesi getməlidir. Sülhə hazırlanma prosesində digər məsələlər də müzakirə oluna bilər.

Azərbaycan tərəfinin nikbinliyi onu göstərir ki, hansısa vədlər erməni tərəfindən alınıb. Moskva görüşü onu göstərdi ki, Azərbaycan tərəfi sülh addımların atmağa hazırdır və öz təklifləri var. Həmçinin Azərbaycan tərəfinin girovları dəyişmək istəyinin olması da məlum oldu. Çox güman ki, Azərbaycanın bu niyyətini Rusiya da dəstəkləyir. Düşünürəm ki, Moskvada girovlarla bağlı konkret razılıqlar əldə olunub. Ən azı Şahbaz Quliyevin və Dilqəm Əsgərovun Azərbaycana təhvil verilməsi barədə danışıqlar aparılıb.

İlqar Vəlizadə: “Əgər Ermənistan tərəfdən normal jurnalist Azərbaycana səfər etsə və yaxud da Azərbaycandan kimsə Ermənistana səfər edib obyektiv vəziyyəti çatdıra bilsə, fərq hiss olunacaq”.

Ən əsas məsələlərdən biri də jurnalistlərin müharibə bölgəsinə, Dağlıq Qarabağa, Ermənistana, Azərbaycana səfərləri ilə bağlı müəyyən razılıqlar əldə olunub. Bu da hər iki tərəf üçün münaqişə zonasında vəziyyəti olduğu kimi qiymətləndirməyə imkan verəcək. Hər halda geniş ictimaiyyət jurnalistlərin səfərindən sonra yazdıqları məqalələrdə məlumatlar əldə edə bilərlər.

Düşünürəm ki, yenə də işğal olunmuş torpaqların qaytarılması ilə bağlı konkret nəticələr əldə olunmayıb. Yaxud da qaçqınlarla bağlı konkret nəticə əldə olunmayıb. Amma hesab edirəm ki, Azərbaycan tərəfi bütün hallarda çalışacaq ki, bu məsələni tezləşdirsin. Dəlil kimi Azərbaycan deyəcək ki, siz təklif etdiniz və biz razılaşdıq. Hümanitar məsələlərin çözülməsi ilə bağlı addımlar atıldı. İndi isə sizin növbənizdir və bu məsələ ilə bağlı danışıqlar aparmaq lazımdır. Təxminən konstruksiya belə olacaq və bu konstruksiyanın necə inkişaf edəcəyini yaxın gələcək göstərəcək.

Hesab edirəm ki, nazirlər, KİV nümayəndələrinin qarşılıqlı səfərləri də daxil olmaqla, insanlararası təmasların qurulması istiqamətində praktiki addımların atılmasından erməni tərəfi status-kvonun qorunması üçün istifadə etsin. Əgər Ermənistan tərəfdən normal jurnalist Azərbaycana səfər etsə və yaxud da Azərbaycandan kimsə Ermənistana səfər edib obyektiv vəziyyəti çatdıra bilsə, fərq hiss olunacaq.

İlqar Vəlizadə: “Biz əsas olaraq erməni cəmiyyətinə göstərməliyik ki, azərbaycanlılarla yaşamaq olar, əslində azərbaycanlılar onların beyninə yürüdülən kimi insanlar deyil, tamam başqa cür insanlardır”.

Hesab edirəm ki, erməni jurnalistlər Azərbaycana səfər etməklə, buradakı vəziyyəti görəcəklər və geriyə qayıdanda yəqin ki, obyektiv olaraq gördüklərin yazacaqlar, yaxud da yazacaqlar ki, biz bu ölkə ilə çətin ki bacara bilək. Amma Ermənistan üçün ən münasib yol Azərbaycanla yaxşı münasibətlərin qurulmasıdır.

Əgər Azərbaycan jurnalisti regiona səfər etsələr, yəqin ki, onlara ermənilərin də sualı olacaq. Jurnalistlərimiz bu sualları cavablandıraraq müəyyən həqiqətləri Ermənistan cəmiyyətinə çatdıracaqlar. Bununla da Ermənistan cəmiyyətində müəyyən təsirlər olacaq. İllərdir Ermənistan cəmiyyətində belə fikirlər yürüdülürdü ki, azərbaycanlılar baş kəsəndir, gecə kimlərisə baltalayandılar və s.

İlqar Vəlizadə: “Bu addım qlobal addım deyil. Amma olmayan yerdə müəyyən təsir göstərə biləcək bir addım ola bilər”.

Erməni cəmiyyəti normal insanları görəndən və onların fikirlərini eşidəndən sonra yəqin ki, onlarda başqa fikirlər yaranmağa başlayacaq. Biz əsas olaraq erməni cəmiyyətinə göstərməliyik ki, azərbaycanlılarla yaşamaq olar, əslində azərbaycanlılar onların beyninə yürüdülən kimi insanlar deyil, tamam başqa cür insanlardır.

Qeyd edim ki, bu addım qlobal addım deyil. Amma olmayan yerdə müəyyən təsir göstərə biləcək bir addım ola bilər”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar