Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məmmədyarovla Rəcəbov şahmat turunda Aronyanla oynayacaq

Şahmat üzrə “Grand Chess Tour”un təqvimi və iştirakçılarının siyahısı müəyyənləşib.

PİA.az xəbər verir ki, FİDE beş turniri əhatə edəcək turda 10 qrosmeysterin çıxış edəcəyini açıqlayıb.

İştirakçılardan ikisi Azərbaycan şahmatçısıdır. Bunlar Şəhriyar Məmmədyarovla (2770) Teymur Rəcəbovdur (2765). Yalnız ABŞRusiya ölkəmizlə eyni sayda təmsilçiyə malikdir.

Fabiano Karuana (2823) və Uesli So (2770) şimali amerikalıları, Yan Nepomnyaşi (2789) ilə Aleksandr Qrişuk (2777) qonşularımızı təmsil edəcək. Turda Maksim Vaşye-Laqrav (Fransa, 2784), Dinq Liren (Çin, 2791), Aniş Giri (Niderland, 2764) və son turnirlərdə Teymurun “qapazaltı”sına çevrilən Levon Aronyan (Ermənistan, 2781) mübarizə aparacaq.

Şahmat turu həm klassik, həm də rapid və blitsi əhatə edəcək:

1. 3-15 iyun. Buxarest (Rumıniya). “Superbet Chess Classic”

2. 16-23 iyun. Paris (Fransa). “Paris Rapid & Blitz”

3. 5-12 iyul. Zaqreb (Xorvatiya). “Croatia Rapid & Blitz”

4. 9-16 avqust. Sent-Luis, Missuri (ABŞ). “St Louis Rapid & Blitz”

5. 16-28 avqust. Sent-Luis, Missuri (ABŞ). “Sinquefield Cup” (Apasport.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

Ən çox oxunanalar