Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Məmmədyarov həkimdir ki, Mnatsakanyanla koronavirusu müzakirə edir?”

Rusiya Xarici İşlər naziri Sergey Lavrov, Qorçakov Fondunun təşkil etdiyi “dəyirmi masa”da deyib ki, artıq danışıqlar masasında Dağlıq Qarabağ münaqişəsinin mərhələli şəkildə həllini nəzərdə tutan bir sənəd mövcuddur...

O xatırladıb ki, “Madrid prinsipləri”, “Kazan prinsipləri” adlanan 2010-2011-ci illərdə Rusiya tərəfindən hazırlanan sənədlər, eləcə də həmsədrlərin iştirakı ilə keçirilən və hazırda fəal müzakirə olunan, Azərbaycan, ErmənistanRusiya Xarici İşlər nazirlərinin keçən ilin aprelində Moskvada elan olunan layihələri var.

“Bu sənədlər mərhələli yanaşma əsasında həll mərhələsinə doğru irəliləməyi, ilk mərhələdə ən aktual problemlərin həllini, Dağlıq Qarabağ ətrafındakı bir sıra ərazilərin azad edilməsini və nəqliyyat, iqtisadi və digər kommunikasiyaları blokadan azad etməyi nəzərdə tutur. Buna görə əminəm ki, bu sənədləri imzalamaq qərarına gəldiyimiz zaman bu, BMT Təhlükəsizlik Şurasının müharibəyə son qoymağı və razılığa gəlməyi tələb edən qətnamələrinin icrasında ən vacib addım olacaq. Hazırda ATƏT-in Minsk Qrupunun həmsədrləri olaraq əldə etdiyimiz razılaşma budur”, - deyə Lavrov bildirib.

Bu çıxışdan dərhal sonra erməni ictimaiyyəti, jurnalistlər, politoloqlar Ermənistan Xarici İşlər Nazirliyinə qarşı ittihamlar səsləndirdilər ki, “bu, Ermənistanın xarici siyasətinin tam uğursuzluğunun göstəricisidir”. Nəticədə Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyan tələskənliklə “Bu, Lavrovun səhvdir” açıqlamasını verməli oldu.

Rusiyalı həmkarım Sergey Lavrovun açıqlamasında çoxsaylı sənədlərə istinadlar var. Bu da son iki ildə müzakirə olunan bir sənəd haqqında idi. Bənzər yanaşma və təkliflər 2014 və 2016-cı illərdə də olub və onlar erməni tərəfi üçün qəbuledilməz idi”, - deyə Mnatsakanyan bildirdi.

Baş verənləri AYNA-ya şərh edən Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarovun fikrincə, əslində, Rusiya Xarici İşlər nazirinin sözügedən açıqlaması yeni bir şey deyil: “25 ildir danışıqlar prosesinin parametrləri dəyişməyib. Lavrovun bu məsələni yenidən qaldırmasına səbəb nə oldu? Qlobal pandemiya nəticəsində Rusiyaya ağır zərbə vuran iqtisadi böhran başladı və biz beynəlxalq münasibətlərdə də bu böhranı görürük. Bununla da fövqəldövlətlərin regional məsələlərə diqqəti xeyli zəifləyib. Mövcud vəziyyət həm erməniləri, həm də Rusiyadakı ermənipərəst dairələri çox narahat etdi və buna görə də bir növ fəaliyyət göstərdiklərini təqlid etmək məcburiyyətində qaldılar. Bütün bunlar tamaşa, imitasiya, Rusiya Xarici İşlər Nazirliyinin vəziyyəti nəzarətdə saxladığını və Moskvanın beynəlxalq aləmdə fəal oyunçu olaraq qaldığını göstərmək cəhdləridir”.

Sabiq nazirin sözlərinə görə, Ermənistan-Azərbaycan münaqişəsi, bəlkə də Qərblə Rusiyanın mövqelərinin bir çox cəhətdən üst-üstə düşdüyü yeganə mövzudur: “Dünyadakı mövcud vəziyyət və müxtəlif dairələrin buna reaksiyası Ermənistan ilə Azərbaycanın münaqişənin həlli üçün tək qaldıqlarını göstərir. Əvvəllər bütün bunlar Rusiya tərəfindən idarə olunurdu, amma Moskvanın Yerevana dəstəyi sual altındadır. Lavrovun sözügedən bəyanatı da ErmənistanRusiyanın münaqişənin həlli ilə bağlı mövqelərinin adekvat olmadığını göstərir”.

Zülfüqarov hesab edir ki, Rusiya Xarici İşlər naziri Ermənistan tərəfinin qəbul etmədiyi, 25 il əvvəlki açıqlamaları təkrarlayırsa, belə şəraitdə Rusiya silah almaq üçün Ermənistana kredit verməkdən imtina etməlidir: "Ancaq dünyadakı yeni vəziyyət bizə deyir ki, bundan sonra Rusiya bu kreditləri sadəcə Ermənistana verməyəcək və ümumiyyətlə, Ermənistan-Azərbaycan münaqişəsi ilə məşğul da olmayacaq. Yalnız etnik bir erməni olan nazir Lavrov bu istiqamətdə bir növ fəaliyyətini təqlid edə bilər”.

Bəs, niyə Azərbaycanın mövcud vəziyyətdən yararlanmaması və Qarabağ məsələsində daha sərt siyasət yürütməməsinə gəldikə, Zülfüqarov belə cavab verib: “Bu sual nazir Elmar Məmmədyarova ünvanlanmalıdır. Məmmədyarov ilə Mnatsakanyan arasındakı görüşdən sonra məlum olduğu kimi, bu gün tərəflər yalnız koronavirusu müzakirə edirlər. Düşmən ölkələrin Xarici İşlər nazirləri arasında koronavirus mövzusunun müzakirəsi necə başa düşülməlidir? Məgər, onlar həkimlər və ya virusoloqlardır?”

“İllərdir, fəaliyyət göstərən bu absurd tamaşa bu günlərdə pik nöqtəsinə çatdı. Digər tərəfdən, baş tutan görüş uzun müddət ərzində aparılan taktikaların artıq işləmədiyini sübut etdi. Bu şəraitdə Məmmədyarov azərbaycanlıların xarici ölkələrdən qayıtması məsələsini həll etməlidir. Bu, koronavirusu düşmənlə müzakirə etməkdən daha yaxşıdır. Hətta xalq da buna reaksiya vermək istəmir. Bu, sadəcə cəfəngiyatdır”, - keçmiş nazir vurğulayıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar