Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məmmədyarov Eqils Levitslə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib - Yenilənib

Xarici İşlər naziri Elmar Məmmədyarov Latviyaya rəsmi səfəri çərçivəsində Latviyanın Prezidenti cənab Eqils Levits ilə görüşüb...

PİA.az XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə Elmar Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Latviya Prezidenti Eqils Levitsin diqqətinə çatdırıb. Latviya Prezidenti öz növbəsində ən xoş arzuları və salamlarının Azərbaycan Prezidenti İlham Əliyevə çatdırılmasını xahiş edib.Xarici İşlər naziri Elmar Məmmədyarov Latviyaya rəsmi səfəri çərçivəsində Latviyanın Prezidenti cənab Eqils Levits ilə görüşüb.

Görüş zamanı Azərbaycan ilə Latviya arasında əlaqələrin yüksək inkişaf səviyyəsinə malik olduğu qeyd edilib və iki ölkə arasındakı münasibətlərin gələcək perspektivləri müzakirə olunub.

 Həmçinin beynəlxalq gündəlikdəki aktual məsələlər, o cümlədən müvafiq olaraq regionlardakı vəziyyət baradə fikir mübadiləsi aparılıb. Bu xüsusda nazir Elmar Məmmədyarov Latviya Prezidenti Eqils Levitsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin son vəziyyəti barədə məlumatlandırıb. Prezident Eqils Levits dövlətlərin ərazi bütövlüyü prinsipinin təmin edilməsinin vacibliyini qeyd edərək, ölkəsinin münaqişələrin məhz bu əsasda həll edilməsinin tərəfdarı olduğunu vurğulayıb.

Görüşdə, həmçinin Latviya və Azərbaycan arasında ikitərəfli və çoxtərəfli əlaqələr, Şərq Tərəfdaşlığı çərçivəsində ölkələrimiz arasındakı əməkdaşlıq perspektivləri, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Tərəflər, eləcə də regional nəqliyyat dəhlizləri və enerji layihələrinin inkişafı, ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsi imkanları barədə geniş fikir mübadiləsi aparıblar.

Görüşdən sonra nazir Elmar Məmmədyarov Xatirə Kitabını imzalayıb.

***

Latviyada səfərdə olan Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov bu ölkənin Prezidenti Eqils Levitslə görüşüb.

APA-nın xəbərinə görə, görüşdə "Şərq Tərəfdaşlığı" siyasəti, Latviya və Azərbaycan arasında qarşılıqlı əlaqələr, beynəlxalq platformalarda səmərəli əməkdaşlıq və dünyada baş verən siyasi hadisələr müzakirə olunub. 

Tərəflər regional nəqliyyat dəhlizləri və enerji layihələrinin inkişafını, ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsi imkanlarını da müzakirə ediblər.

E. Məmmədyarov Latviya Prezidentinə Azərbaycana səfər etməsi ilə bağlı Prezident İlham Əliyevin dəvətini çatdırıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar