Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məmmədyarov argentinalı həmkarı ilə görüşdü

Xarici İşlər naziri Elmar Məmmədyarov Argentina Respublikasına səfəri çərçivəsində Argentinanın Xarici İşlər və Etiqad naziri Xorxe Fori ilə görüşüb

XİN-dən verilən məlumata görə, nazir E.Məmmədyarov Buenos Ayres şəhərində keçirilən Cənub-Cənub Əməkdaşlığı üzrə BMT-nin yüksək səviyyəli konfransına uğurlu ev sahibliyinə görə həmkarına təbrikini çatdıraraq, Azərbaycanın bu platforma çərçivəsində əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. E.Məmmədyarov inkişaf etməkdə olan ölkələrin analoji inkişaf problemləri ilə üzləşdiyini, bu səbəbdən bu platformanın milli inkişaf strategiyaları və prioritetlərinə dair ortaq baxışlar, təcrübə və metodların mübadiləsi və müzakirəsinə töhfə verdiyini qeyd edib.

Görüşdə həmçinin Azərbaycan və Argentina arasında ikitərəfli münasibətlərin hazırkı durumu, gündəlikdə duran məsələlər barəsində fikir mübadiləsi aparılıb. Kənd təsərrüfatı, enerji, nəqliyyat, səhiyyə və turizm sahəsində əməkdaşlıq üçün geniş perspektivlər qeyd edilərək, bu sahələrdə konkret nəticələrin əldə edilməsi baxımından birgə səylərin gücləndirilməsinə ortaq niyyət ifadə edilib.

Sonda Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra sosial-iqtisadi sahədə əldə etdiyi nəzərəçarpan uğurları izlədiyini bildirən X.Fori Azərbaycana səfər etmək arzusunda olduğunu qeyd edib.

pia.az


Etiket: Məmmədyarov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar