Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məleykə Abbaszadə tələbə adı qazananlara müraciət etdi

Tələbə adını qazananların siyahısının dərc olunduğu “Abituriyent” jurnalının 7-ci nömrəsini sentyabrın 25-də səhər saatlarından etibarən əldə etmək mümkün olacaq.

Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, bu nömrədə 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı qruplar üzrə (Azərbaycan bölməsi – I, II, III qruplar hər biri ayrıca jurnalda, IV və V qruplar isə birlikdə bir jurnalda, rus bölməsinin bütün qrupları isə bir jurnalda) çap olunacaq.

Jurnalın ön sözündə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin tələbə adı qazananlara təbriki də yer alıb.

Həmin müraciəti təqdim edirik:

“2020-ci il tək bizim üçün deyil, həm də bütün dünya üçün gözlənilməz oldu. Koronavirus pandemiyası nəti­cəsində yaranan böhran gündəlik vərdişlərimizi və həyat tərzimizi köklü surətdə dəyişdirdi. Virusla bağlı vəziyyət həyat tərzimizin bir neçə həftə, hətta bir neçə gündə necə dəyişə biləcəyini göstərdi. Bu il, həyatı­mızın bütün sahə­lərinə, xüsusilə təhsil sisteminə ciddi təsir göstərdi. Təhsil müəssisələrinın fəaliyyəti dayan­dırıldı, qısa müd­dətdə məsafədən (distant) təhsilə məcburi keçid həyata keçiril­di, təhsilin bütün pillə və səviyyələrində tədris prosesinin yenidən qurul­ması zərurəti yarandı.

Təbii ki, Dövlət İmtahan Mərkəzi tərə­fin­dən keçirilən bütün imtahanlar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksi­yasının (COVID-19) yayılmasının qarşısının alınması ilə bağlı töv­siyə­ləri nəzərə alınmaqla sosial məsafənin qorunması, im­ta­han verənlərin sayına ciddi məhdu­diyyətin qoyul­ması və yalnız Operativ Qərargahın müəyyən etdiyi digər şərtlərin yerinə yetirilməsi ilə həyata keçirildi.

Bu tədris ilində sizin, builki məzunların, üzərinə böyük yük düşdü. Siz sələflərinizin rastlaşmadığı bir şəraitdə təh­silinizi davam etdirmək məcburiyyətində qaldınız. La­kin məhz çətinliklərə sinə gərməkdə, onlara qalib gəl­mək­də insan xarakterinin ən yaxşı tərəfləri özünü büruzə verir. Yaranan çətinliklərə baxmayaraq, inadla çalışmaq və qarşınızda qoyduğunuz ümdə məqsədlərə çatmaq üçün irəliləməyə can atmağınız sizin uğurunuzun rəhnidir.

Biz sizi, yenicə tələbə adını qazanmışları bu mü­rəkkəb ildə əldə etdiyiniz layiqli qələbə münasibətilə səmimi olaraq təbrik edirik. Gələcəkdə də qarşınıza çıxa biləcək çətinliklərə təslim olmamağa çalışın. Həmişə pozitiv dəyi­şik­liklərə can atın, ailənizə, cə­miy­yə­tə, bütövlükdə Res­publikamıza vicdanla xidmət etmək və layiqli vətən­daş olmaq üçün bütün im­kan­larınızı səfərbər edin!

Əziz tələbələr, Dövlət İmtahan Mərkəzi sevincinizi bölüşür. Biz qəbul kampaniyasının bütün mərhə­lə­lərində sizinlə olduq, imtahanlara hazırlaşmaqda sizə daim yar­dımçı olmağa çalışdıq. Bu məqsədlə buraxılış və qəbul im­tahanları proqramlarından ümumi təhsil müəs­sisə­lərində martın 1-dən sonra tədris olunan mövzular çıxarıldı, yazılı cavab tələb edən açıq tipli test tap­şırıq­larının sayı yarıbayarı azaldıldı. Mərkəz tərə­fin­dən rəsmi materialların, test toplularının, elmi-meto­diki vəsaitlərin nəşri, "Vizuallaşdırılmış dərs" sosial layihəsinin həyata keçirilməsi, müxtəlif internet xid­mətlərinin göstərilməsi sizin imtahanların məzmunu, texnologiyası və təşkili haq­qında məlumatlı olmağınıza xidmət etmək məqsədi daşıyırdı.

Dostlar, bu il vəziyyətin mürəkkəb olduğu şəraitdə, yüksək nəticə göstərərək tələbə adını qazanmışları gör­mək xüsusən sevinc doğurur. Bugünkü uğurunuzda, həm­çinin sizin valideynlərinizin və müəllimlərinizin xidməti danıl­mazdır. Biz onlara da sizin təhsil nailiy­yətləriniz üçün böyük zəhmət çəkdiklərinə görə öz minnətdarlığımızı bil­di­ririk. Onlar sizi öyrətmiş, qar­şınıza qoyduğunuz məq­sə­də çatmaq üçün pozitiv emosiyalar aşılamağa çalışmışlar və bu gün də səmimi olaraq uğurlarınıza sevinirlər.

Əziz tələbələr, sizi bir daha təbrik edir və seçdiyiniz işdə əsl peşəkar olmaq üçün səylə bilik, bacarıq və vər­diş­lərə yiyələnməyinizi arzu edirik! Bu gün, sözün əsl mə­na­sında, qarşınızda bütün dünya açıqdır. Məq­səd­lərinizə nail olmaq üçün imkanların tükən­məzliyinə əmin olun. Səhv etməkdən qorxmayın. Uğur­suz­luqlar və prob­lem­lər qarşısında təslim olmayın. Yadı­nızda saxlayın, demək olar ki, hər bir vəziyyətdən çıxış yolu var. Öz üzərinizdə daim çalışsanız, can atdığınıza mütləq nail olacaqsınız!”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Şirvanda görkəmli akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək? – 14 min pul xərcləyəcək

Ən çox oxunanalar