Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məktəblilərin davamiyyəti barədə valideynlərə SMS-bildiriş xidməti bərpa olunacaq

Xidmət oktyabrın 1-dən bərpa olunacaq

Oktyabrın 1-dən etibarən orta məktəb şagirdlərinin dərslərə davamiyyəti barədə valideynlərə SMS-bildiriş xidmətinin göstərilməsi bərpa olunacaq.

Bu barədə "APA-Economics"ə “Mobile Solutions & Marketing Technologies” şirkətindən (xidmətin operatoru) bildirilib.

Qeyd edək ki, xidmət yay tətili ilə əlaqədar olaraq yeni tədris ilinə qədər müvəqqəti olaraq dayandırılıb.

“Məktəblərdə cari dərs ili 16 sentyabrda başlayacaq. Yeni dərs ilinin əvvəlində dərs cədvəli formalaşır ki, o sonradan sistemin elektron məlumat bazasına inteqrasiya edilir. Bu iş müəyyən vaxt tələb etdiyi üçün xidmət gələn ayın əvvəlindən yenidən valideynlərin istifadəsinə veriləcəyi gözlənilir”, - deyə şirkətdən bildiriblər.

Hazırda qeyd olunan xidmət "Elektron məktəb" layihəsində iştirak edən 40-dan çox məktəbdə (Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan, Şamaxı, Quba, Ağdaş, İsmayıllı, TovuzAğstafada) tətbiq olunub. Bu xidmətə ölkənin bütün mobil rabitə operatorlarından (“Bakcell”, “Azercell” və “Nar”) qoşulmaq olar. Xidməti aktiv etmək üçün məktəbə müraciət etmək və ya 9988 nömrəsinə şagirdin adı, soyadı, atasının adı, məktəbin, sinfin nömrəsi və ev telefonu qeyd olunmaqla qısa SMS göndərilməlidir. Xidmətin aylıq abunə haqqı 4,72 manat təşkil edir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar