Cümə, 22 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Məktəblilərimiz beynəlxalq olimpiadada 15 medal qazandı - Fotolar

7-12 yanvar 2021-ci il tarixlərində Qazaxıstanın Almatı şəhərində fizika, riyaziyyat və informatika fənləri üzrə onlayn XVII Beynəlxalq Jautıkov olimpiadası (IZhO) keçirilib.

Təhsil Nazirliyindən verilən məlumata görə, Azərbaycan məktəbliləri bu olimpiadada uğurla çıxış edərək 5 gümüş, 10 bürünc medal olmaqla, ümumilikdə 15 medal qazanıblar.

Riyaziyyat fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdi Fidan Qarayeva, həmin liseyin 10-cu sinif şagirdləri Amin Cəfərzadə və Toğrul Abbasov, Bakı şəhəri 220 nömrəli məktəb-liseyin 11-ci sinif şagirdi Yusif Qasımov gümüş medal, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Emil Xəlilov və Muhamed Nuriyev, eləcə də Bakı şəhəri 72 nömrəli məktəb-liseyin 10-cu sinif şagirdi Cavad İsmayılzadə, Bakı şəhəri 117 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Rüstəm Təhməzov bürünc medal qazanıb.

Fizika fənni üzrə Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın 11-ci sinif şagirdi Murad Bəşirov gümüş, həmin gimnaziyanın 11-ci sinif şagirdi Sirac Yəhyazadə və Təhsil Nazirliyinin tabeliyindəki Bakı Avropa liseyinin 10-cu sinif şagirdi Fəxriyyə Məmmədova, həmçinin Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin 11-ci sinif şagirdi Ayhan Süleymanzadə bürünc medala layiq görülüb.

İnformatika fənni üzrə isə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Emin Orucov, Bakı şəhəri 269 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Amin Cəlilov və Gəncə şəhəri M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Əziz Hüseynov bürünc medal qazanıb.

Qeyd edək ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telecom” şirkətinin dəstəyi ilə həyata keçirilir.

 

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Xocalı qatili general Manvel Qriqoryan qəbirdən “xortdadı” - Video

Akarın şok planı: “Ayın sonuna qədər...” - Böyük əməliyyatın anonsu

Əsgər yoldaşlarını öldürən Ramil 24 il 6 ay həbs cəzası aldı

Azərbaycan əsgəri minaya düşərək həlak olub - Foto

"ABŞ Əliyev və Ərdoğana qarşı sanksiya tətbiq etməlidir" - Erməni lobbisinin Baydendən ilk tələbi - Video

Bədbin proqnoz: “Yeni bahalaşma dalğası gəlir”

Qarabağda 12 320 erməni hərbçisi öldürülüb - Yerevan açıqladı

Qazaxıstan və Rusiyanın imtina etdiyi viruslu pomidorlar Bakıda satışa çıxarılır? - Bu məhsul nə qədər zərərlidir...

“İlhamə Qiliyevadan sonra mənim sözüm keçir” - Afət Fərmanqızı

Ən çox oxunanalar