Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məktəblilər və tələbələr arasında narkotik istifadəçiləri yoxdur - DİN

Son vaxtlar təhsil müəssisələrində narkotik vasitələrdən istifadə ilə bağlı məsələ geniş müzakirə olunur.

Sosial şəbəkələrdə valideynlər bununla bağlı öz narahatlıqlarını bildirirlər. Hətta qeyd olunur ki, məktəblilər öz aralarında narkotik vasitələrin alışı və satışını edirlər.

Bəs Azərbaycanda məktəblilər arasında narkotik vasitələrdən istifadə faktı varmı?

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bu məlumatların yalan olduğunu bildirib:

“Bunu sosial şəbəkə seqmentlərində qəsdən yayırlar ki, çəmiyyətdə çaşqınlıq yaransın. Valideynləri əmin edirik ki, daxili işlər orqanları tərəfindən şagird və tələbələrlə bağlı daxil olan bütün “siqnal”lar qeydi-şərtsiz yoxlanılır. Hətta “feyk” xəbərlər belə diqqətdən kənarda qalmır. Respublikamızın bütün təhsil ocaqları və onların yerləşdiyi küçələr daxil olmaqla, ərazi polis orqanlarının tam nəzarətindədir. Əməliyyat şəraitinin effektiv təminatına fasiləsiz nəzarət olunur”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar