Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məktəbli çantasının ağırlığı nə qədər olmalıdır? – Həkimdən çağırış

Uşaqların 30-50 faizində bel ağrısı problemlərinə rast gəlinir. Bunun ən əsas səbəblərindən biri ağır məktəbli çantalarıdır

PİA.az e-tibb.az-a istinadən bildirir ki, Türkiyədən olan fizioterapiya və tibbi bərpa uzmanı, professor Ayşe Nur Bardak Anadolu Agentliyinə müsahibəsində deyib ki, ağır məktəbli çantası daşımaq boyun, çiyin, kürək ağrılarına səbəb olur. Uzun zaman ağır çanta daşımaq inkişaf dövründə olan uşaqların, yeniyetmələrin qamətində pozğunluqlar və ağrı yaradır.

Professor vurğulayıb ki, məktəbli çantası və onun içində olan əşyaların ümumi ağırlığı uşağın ümumi çəkisinin 10 faizini keçməməlidir.

Bundan ağır olan çantaların götürülməsi onurğanın kürəkdən yüklənməsinə, boyun, çiyinin önə əyilməsinə, qamət pozuntularına, ağciyərlərin həcmində azalmaya səbəb olur. Nəticədə uşaqlarda ağrı ilə yanaşı oksigenlə təminat azalır və halsızlıq ortaya çıxır.

Həkim deyib ki, çanta seçərkən yüngül olmasına, zərifliyinə, üzərində, içərisində ona ağırlıq verən əlavə vasitələrin olmamasına diqqət olunmalıdır.

Mütəxəssis qeyd edib ki, ən yaxşı variant təkərli çantaların istifadəsidir.

Eyni zamanda çantanı kürəyə bağlayan bağları dar yox, geniş, yumşaq olmalıdır. Dar bağlar kürəkdə olan sinirləri, əzələ bağlarını sıxır və ən azı keyiməyə səbəb olur.

Professor, valideynləri, müəllimləri, məktəb rəhbərlərini çantaların çəkisinə daim diqqət etməyə çağırıb. Bununla yanaşı vurğulayıb ki, uzun zaman ayaq üstə duranda çantanı kürəkdən açmaq lazımdır. Çantanın tək çiyində daşınması da ən böyük səhvlərdən biridir, çünki yükün bir çiyində daşınması, ciddi onurğa problemləri yaradır.

O, bunlarla yanaşı, uşaqlarda çiyin, bel ağrıları yarandığı hallarda mütləq həkimə müraciət olunmasını tövsiyə edib.

pia.az


Etiket: Çanta

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Ən çox oxunanalar