Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məktəblərlə bağlı daha bir gülünc qərar: Pəncərə tutacaqları çıxarıldı - Foto

Səbail rayonu, 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihara cəhd etməsi ölkədə ciddi müzakirələrə səbəb oldu

Bu hadisə bir daha göstərdi ki, ölkənin əksər məktəblərində təlim-tərbiyyə, psixologi hazırlıq zəifdir və təxirəsalınmaz tədbirlərin görülməsinə ehtiyac var.

Hadisədən günlər sonra Təhsil naziri Ceyhun Bayramov direktorların iştirakı ilə toplantı keçirərək rəhbərlik etdikləri təhsil ocaqlarında nizam-intizam qaydalarına ciddi şəkildə riayət olunması tapşırığını verdi.

Bu arada məktəblərdə pəncərələrə dəmir barmaqlıqların quraşdırılması barədə xəbərlər yayılsa da nazirlik rəsmiləri bunu təkzib etdi. Amma Bizimxeber.az-a daxil olan məlumata görə, dəmir barmaqlıqların quraşdırılması məsələsi gülüş hədəfinə çevrildikdən sonra nazirlik “B” planını işə salıb. Məlumata görə, nazirlikdən direktorlara tapşırıq verilib ki, yuxarı mərtəbələrdəki bütün pəncərələr bağlansın və tutacaqlar çıxarılsın. Yəni ki, heç bir uşaq pənəcərələri aça bilməsin.

Məlumata görə, artıq əksər məktəblərdə bu qaydalar tətbiq edilib. Elə isə ortaya maraqlı sual çıxır? Bu qərarı verənlər görəsən məktəblərdəki hansısa Fövqəladə vəziyyətləri fikirləşiblərmi? Fövqəladə Hallar Nazirliyinin aidiyyatı şəxsləri bu qaydaların tamamilə qanuna zidd olduğu barədə direktorları məlumatlandırıblarmı?

Sabah hər hansı məktəbdə yanğın, tüstüləmə və diğər fövqəladə vəziyyət baş verərsə pəncərə tutacaqlarının olmaması daha ciddi fəsadlar yaratmayacaq ki? Odur ki, FHN rəsmiləri direktorların bu addımına qarşı hansısa addım atsa daha yaxşı olar.

Məlumat üçün bildirək ki, pəncərə tutacaqları çıxarılan məktəblərdən biri də Buzovnadakı 26 saylı orta məktəbdir. Tutacaqlar məktəbin direktor müavininin otağında saxlanılır. Pəncərələr hətta məktəbdəki təmizlik işləri zamanı belə açılmır.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar