Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məktəblərin yaxınlığında satılan təhlükə: Uşaq içən kimi xəstələnir - Video

Son zamanlar şagirdlərin elə məktəblərin yanındakı mağazalardan aldığı bu buzlu içkilərlə yəqin ki, hər birimiz rastlaşmışıq. “Lili” adlanan bu şirələri istənilən kiçik marketdən çox ucuz qiymətə almaq mümkündür. Buzlu formada satılan bu içkilər uşaqlarda boğaz gəlməsinə və yüksək hərarətə səbəb olur.

Elə uşaqların özləri də bu şirələri içdikdən sonra xəstələndiklərini söyləyirlər.

Həkimlər isə deyir ki, uşaqların qida rasionuna salınması mütləq olan məhsullarla yanaşı, onların birmənalı şəkildə uzaq durmalı olduğu məhsullar da var. Pediatr Günay Rəsulova deyir ki, bu cür ucuz, kimyəvi qatqılardan ibarət içkilər isə birbaşa xəstəlik mənbəyidir: “Bu “Lili”lər uşaqların boğazı üçün stress faktorudur. Gizli yatan infeksiyaların baş qaldırmasına səbəb olur. Nəticədə uşaqlarda boğaz ağrısı və qızdırma yaranır”.

Qida üzrə ekspert Ağa Salamov da deyir ki, yetkinlik yaşına çatmayan şəxslərin bu içkilərdən istifadə etməsi heç də müsbət hal deyil: “Aromalı, rəngli içkilərin tərkibində fosfor turşuları olur. Fosfor turşusu da birbaşa olaraq yetkinlik yaşına çatmayanlarda sümük inkişafının qarşısını alır. Yaşlılarda isə sümük əriməsinə səbəb olur. Eyni zamanda, bu içkilərin tərkibində süni şəkərlərdən, rəngləndiricilərdən və qida qatqı boyalarından istifadə olunur ki, bu da orqanizmə zərərsiz ötüşmür. Yetkinlik yaşına çatmayan gənclərə bu cür içkilər satmaq düzgün deyil və bunun qarşısı təcili alınmalıdır“.

Araşdırmamız zamanı məlum oldu ki, sən demə, şirənin üzərində qeyd olunan ştrix kod da saxta imiş.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, bu içki ilə bağlı Azad İstehlakçılar Birliyinə çoxlu zənglər daxil olur: “Şirə adlandırılan bu mayenin əslində heç bir natural şirə ilə əlaqəsi yoxdur. Üzərindəki ştrix kod da saxtadır. Azərbaycanda qeydiyyata alınmayıb, amma Azərbaycan prefiksi göstərilən ştrix kod qoyulub. Buraxılma müddəti ilə son yararlılıq müddəti arasındakı məsafə də çoxdur”.

“Yeyinti məhsulları haqqında” Qanuna əsasən, istehlakçılar Qida Təhlükəsizliyi Agentliyində qeydiyyatdan keçməlidirlər. Bəs “Lili” həqiqətənmi qeydiyyatdan keçmədən satılır?

AQTA-nın aparıcı məsləhətçisi Səbinə Əsgərova deyir ki, məktəblilərin istifadə etdiyi içkilər digər ölkələrdən idxal yolu ilə daxil olduğu halda laborator analizlərə cəlb olunur: “Təhlükəsizlik və minimum keyfiyyət göstəriciləri normalara uyğundursa, qida təhlükəsizliyi sertifikatı ilə təmin edilərək dövriyyəyə buraxılmasına icazə verilir. Həmin içkilər yerli müəssisələrdə istehsal olunduğu halda isə müəssisələr qida təhlükəsizliyinə qeydiyyata alınır bundan sonra məhsulların dövriyyəyə buraxılmasına icazə verilir“.

Gördüyünüz kimi, sualımız konkret olsa da, heç cür dəqiq cavab ala bilmədik. Burdan da belə bir şübhə yarandı ki, uşaqlarımızın çox ucuz qiymətə alıb, bəhbəhlə içdiyi “Lili”nin harda istehsal edildiyindən, nədən hazırlandığından, marketlərdə necə peyda olduğundan AQTA-nın xəbəri yox imiş. Halbuki “Lili”nin yaratdığı təhlükədən az qala bütün valideynlər, hətta uşaqlar da xəbərdardır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar