Məktəbəqədər hazırlıq qruplarında dərs deyən müəllimlər üçün təlimlər nəzərdə tutulub
Bunu məktəbəhazırlıq qruplarına sənəd qəbulu ilə bağlı mətbuat konfransında Təhsil Nazirliyinin Ümumi təhsil sektorunun müdiri Firidun Həmzəyev deyib.
O qeyd edib ki, Bakıda artıq bu təlimlərə başlanılıb:
“Regionlarda müəllimlər üçün təlimlərə başlanılacaq. Məqsədimiz müəllimlərin təlimlərə maksimum cəlb edilməsidir”. (Report)
pia.az