Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məktəbdə narkotik, bıçaqlanma və intihar... - Günahkar kimdir?

Son zəng günü uşaqlar arasında bicaqlanma oldu. Srağagün də 14 yaşlı uşağı 7 nəfər döyərək öldürdü...

Təhsil eksperti: “Təssüflər olsun ki, məktəbdə şagirdlər arasında narkotik kütləvi şəkildə yayılıb. Eyni zamanda da məktəblilərin intihar halları artıb. Bu məsələnin üzərində Təhsil Nazirliyi, eyni zamanda Ailə Qadın və Uşaq problemləri üzrə dövlət komitəsi ciddi dayanmalıdır”.

“Bütün bunların səbəbi məktəblərdə psixoloqların olmamasıdır. Məktəbdə psixoloq varsa da, o həmin sahənin sahibi deyil”.

Bu sözləri təhsil eksperti Elçin Əfəndi məktəblərdə olan neqativ halların səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Son zəng günü uşaqlar arasında bicaqlanma oldu. Dünən də 14 yaşlı uşağı 7 nəfər döyərək öldürdü. Görünən budur ki, məktəbdə uşaqlar bıçağı rahatlıqla üstlərində gəzdirə bilirlər. Həmçinin də məktəbdə uşaqların narkotik istifadə etmələri ilə bağlı bir çox sübutlar var. Buraya azyaşlıların da intiharını əlavə etsək, gəncliyimizin haraya getdiyini görmək elə də çətin olmaz.

Bəs bu halların qarşısını necə almaq olar? Ümumiyyətlə məktəblərdə yoxlanışın bu qədər zəif olması düzgündür? Problemli uşaqlar və onların valideyinləri məsuliyyətə celb olunması problemin həllinə köməklik edə bilər?

Mövzunu PİA.az-ın əməkdaşı təhsil eksperti Elçin Əfəndi ilə müzakirə edib.

Elçin Əfəndi: “Biz problemli uşaqların valideynlərini məsuliyyətə cəlb edə bilmərik”.

Distant təhsil alan şagirdlərin cəmiyyətdən təcrid olundularını xatırladan ekspert bildirib ki, bu təcrid də onlarda psixoloji gərginliyə səbəb oldu. Şagirdlər görüşdükləri, ünsiyyətdə olduqları zaman bu kimi problemlər qaçınılmaz oldu:

“Təəsüflər olsun ki, dediyiniz faktların hamısı var. Bütün bunların səbəbi məktəblərdə psixoloqların olmamasıdır. Məktəbdə psixoloq varsa da, o həmin sahənin sahibi deyil. Bundan əlavə bildiyimiz kimi məktəb direktoru və məktəb kontingentinin böyük əksəriyyəti qadınlardır. Onlar da hər bir şəxsə öz övladları kimi yanaşırlar. Bu da ümumilikdə məktəbdə bu kimi halların baş verməsinə səbəb olur. Yəni məktəbdə direktor və kontingentin kişi olanda şagirdlər daha çəkingən olurlar. Məsələn 2000-ci illərdə məktəbdə xeyli kişi müəllim fəaliyyət göstərirdi. Həmin dövrdə bu kimi halların baş verirdi. Amma bu qədər deyildi.

Son dövlər bu kimi halların artmasında təbii ki, pandemiyanın da rolu var. Bu baxımdan ki, distant təhsil alan şagirdlər cəmiyyətdən təcrid olundular. Bu təcrid də onlarda psixoloji gərginliyə səbəb oldu. Şagirdlər görüşdükləri, ünsiyyətdə olduqları zaman bu kimi problemlər qaçınılmaz oldu. Məktəb psixoloqların da düzgün işləməməsi bu problemləri daha da qaçınılmaz etdi.

Elçin Əfəndi: “Uşaq küçədə dalaşıbsa, məktəbdən kənarda intihar edibsə, narkotikdən istifadə edibsə, bu birbaşa valideynlərin günahı deyil. Burada cəmiyyətin və şagirdləri bu işə təhrik edənlərin günahı var”.

Təssüflər olsun ki, məktəbdə şagirdlər arasında narkotik kütləvi şəkildə yayılıb. Eyni zamanda da məktəblilərin intihar halları artıb. Bu məsələnin üzərində Təhsil Nazirliyi, eyni zamanda Ailə Qadın və Uşaq problemləri üzrə dövlət komitəsi ciddi dayanmalıdır. Birlikdə işlər görülməlidir. Çünki bu halların baş verməməsi cəmiyyət üçün xoş nəticə vəd etmir.

Biz problemli uşaqların valideynlərini məsuliyyətə cəlb edə bilmərik. Çünki valideynlərin çoxu işdə olur və övladları ilə yetərincə maraqlana bilmirlər. Buna görə də düşünürəm ki, bu məsələdə valideynlərin məsuliyyətə cəlb olunması düzgün deyil. Əgər hüquqi zəmində araşdırma zamanı valideynlərin də hansısa təsiri üzə çıxarsa, bu zaman onlar məsuliyyətə cəlb oluna bilər. Amma uşaq küçədə dalaşıbsa, məktəbdən kənarda intihar edibsə, narkotikdən istifadə edibsə, bu birbaşa valideynlərin günahı deyil. Burada cəmiyyətin və şagirdləri bu işə təhrik edənlərin günahı var”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar