Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məktəb direktoru ilə aktyorun davası - Təhsil eksperti nazirliyi suçladı

Təhsil eksperti: “Hər iki ziyalı bir birinə sosial şəbəkələr və mətbuat vasitəsi ilə açıq müharibə elan etmişdilər və bu onların bir birinə fiziki zorakılıq edəcəyini qaçılmaz edirdi”

“Onlar arasında münasibətlər bir ilə yaxındır ki, gərgin idi. Səbəb məlum idi. Amma aidiyyati üzrə əməli addım atmalı olan Təhsil NazirliyiBakı Şəhər Təhsil İdarəsi sadəcə olaraq izləyici mövqeydində qaldı”.

Bu sözləri təhsil üzrə ekspert Kamran Əsədov dünən aktyor Rza Rzayevlə Bakı şəhəri 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyev arasında yaşanan insidenti PİA.az-a şərh edərkən deyib.

Xəbər verildiyi kimi, dünən aktyor Rza Rzayev Bakı şəhəri 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevi Nizami Rayon Məhkəməsinin qarşısında döyərək ona bədən xəsarətləri yetirib.

Qeyd edək ki, “Dolu” filmindən tanınan və sevilən məşhur aktyor, “Drakon” obrazını canlandıran Rza Rzayevlə 75 nömrəli məktəbin direktoru Tural Mirzəliyev arasında gərginlik çoxdan yaşanırdı. Dünən baş verən döyülmə hadisəsi Nizami Rayon Məhkəməsinin qarşısında baş verib.

220 saylı məktəbdə təhsil alan 3 şagirdin valideyni və aktyor arasındakı məhkəmə çəkişməsinin növbəti iclasından əvvəl məhkəmənin qarşısına gələn əvvəllər 220 saylı məktəbin direktor əvəzi olan Tural Mirzəliyev və yaxın qohumu (qaynı-red.) tərəfindən aktyora qarşı ağır ifadələr işlədilib. Bundan sonra tərəflər arasında dava düşüb.

Məlumata görə, insident Nizami rayonu 25 saylı Polis Bölməsinin qarşısında da davam edib.

Belə ki, T.Mirzəliyevin yaxını bölmənin qarşısında aktyorun qohumlarına hücum ediblər, polisə dərhal məlumat verilib və həmin şəxs saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman bir ədəd soyuq silah aşkarlanaraq götürülüb.

Binəqədi rayon Polis İdarəsi rəisinin keçmiş müavini Məlik Dadaşlının oğlu olduğu deyilən həmin şəxsin T.Mirzəliyevin qaynı tərəfindən hadisə yerinə çağırıldığı bildirilir.

Hazırda baş vermiş insidentlə bağlı polis araşdırma aparır.

Kamran Əsədov: “Məsələnin bu həddə gəlməsində günahkar təhsil idarəçilərinin barışdırcı mövqedə olmamasıdır”.

Baş verən insidentlə bağlı PİA.az-a danışan təhsil eksperti vəziyyətin bu yerə gəlib çatmasına və iki ziyalının küçədə əlbəyaxa olmasına görə Təhsil Nazirliyini və Bakı Şəhər Təhsil İdarəsini günahlandırıb. Təhsil ekspertinin fikrincə hər iki qurum uzun müddət seyrçi mövqe tutub. Halbuki əməli addımlar atıb ortada barış yaratmaq mümkün idi:

“Sosial şəbəkələrdə və mətbuatda 175 nömrəli məktəbin direktoru Tural Elmioğlu və tanınmış aktyor Rza Rzayev arasında xoşagəlməz hadisələrin yaşanması ilə bağlı yayılan məlumatlar məni çox təəssüfləndirir. Bu, istənilən halda yaxşı və arzuolunan vəziyyət deyil. Onlar arasında münasibətlər bir ilə yaxındır ki, gərgin idi. Səbəb məlum idi. Amma aidiyyati üzrə əməli addım atmalı olan Təhsil NazirliyiBakı Şəhər Təhsil İdarəsi sadəcə olaraq izləyici mövqeydində qaldı. Bu müddət ərzində təhsilin idarəçiləri bu iki şəxsi ağsaqqaları dəvət etməklə görüşdürüb aralarındakı problemi həll etməklə barışdırmalı idilər. Çünki problem gizli deyildi. Hər iki ziyalı bir birinə sosial şəbəkələr və mətbuat vasitəsi ilə açıq müharibə elan etmişdilər və bu onların bir birinə fiziki zorakılıq edəcəyini qaçılmaz edirdi. Sadəcə olaraq kim dözümsüzlük nümayiş etdirsə, o, ilk hücuma keçəcəkdi. Çünki hər iki tərəfin haqlı arqumentləri var idi.

Azərbaycan Ermənistan arasında ağır münaqişəni görüşüb müzakirə etdiyimiz dövrdə, iki vətəndaş arasındakı münasibətləri aidiyyatı qurumlar tənzimləyə bilmirsə, deməli günahkar onlardır. İndiyə qədər qarşıdurma həll olunmalı idi. Təəssüf ki, nəticə belə oldu. Düşünürəm ki, məsələ hüquq müstəvisində düzgün həll olunacaq. Hər kəsdən əsəblərinə hakim kəsilməyə və bir millət olaraq, bir-birimizə qarşı dözümlülük, səbr göstərməyi arzu edirəm. Bütün detalları və tərəflərin mövqeyini öyrənəndən sonra dəqiq fikir bildirəcəyəm.

Tural müəllim orta məktəblərə rəhbərlik edən, uzun müddət təhsildə olan, islahatçı bir ziyalıdır, Rza Rzayev də xalqını, millətini sevən, bütün imkanlarını sənət yolunda səfərbər edən, mərd şəxsdir. Düşünürəm, bu ifadələr çox məsələdən xəbər verir. Məhz bizim məktəblilər üçün Rza Rzayev müasir dövrün kişi qəhramanı olaraq nümunə gətirməli idi. Bizim məktəblər onu məktəblərə dəvət edib şagirdlərlə görüşdürməli idilər, özümüzün müasir qərəman obrazımız tanıtmalı, formalaşdırmalı idilər.

Kamran Əsədov: “Bu təkcə Tural bəyə, Rza bəyə vurulan zərbə deyil. Bu ölkə məktəbinə, ölkə sənətinə vurulan zərbədir. İndi Tual bəy məktəbə necə daxil olub rəhbərlik edəcək?”.

Dediyim kimi, məsələnin bu həddə gəlməsində günahkar təhsil idarəçilərinin barışdırcı mövqedə olmamasıdır. Bu nə birinci faktdır, nədə sonuncu. Amma dərs almalı faktdır. Təhsil idarəçiləri təkcə təhsil verməməlidirlər, həmdə dərs almalıdırlar. Hansısa instident baş verəndə, "semiçka" çırtdayıb dedektiv film izləyirmiş kimi kənardan izləyici mövqeyində olmaq lazım deyil.

Bu təkcə Tural bəyə, Rza bəyə vurulan zərbə deyil. Bu ölkə məktəbinə, ölkə sənətinə vurulan zərbədir. İndi Tual bəy məktəbə necə daxil olub rəhbərlik edəcək? Belə çıxır ki, kimin istədiyi olmasa, gəlib Tural bəyi döyüb istədiyini edə bilər? Və ya, Rza bəy kimi haqqı tapdanan, hüququ qorunmayan ancaq zor tətbiq etməklə hüququnu qoruya bilər? Bunlar yaxşı nümunə deyil hörmətli TN və BŞTİ, inanın ki, yaxşı deyil.

Belə hadsələr insanların təhsilə inamını, etibarını aşağı salır, təhsilin nüfuzunu zədələyir. Bu müddət ərzində təhsilin ağsaqqalları susmalı deyildi . Ümid edirəm ki, bundan sonra susmayacaqlar. Yoxsa bu gərginlik yenə də davam edəcək. Mütləq hər iki şəxsi görüşdürüb barışıq əldə olunmalıdır”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar