Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mehriban Əliyevanın Rusiya səfəri: Bakı - Moskva münasibətləri pik səviyyədədir

Heç kimə sirr deyil ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya səfəri maraq və diqqətlə izlənildi...

Birinci vitse-prezidentin Rusiya iqtidarının ən ali nümayəndələri ilə görüşləri bu səfərin əhəmiyyətini bir daha artırır. Elə Azərbaycan prezidenti İlham ƏliyevRusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bu məqamı xüsusi vurğuladı.

Prezident bildirdi ki, Mehriban Əliyevanın Moskvaya başa çatmış rəsmi səfəri də Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə olmasını bir daha təsdiq etdi. Sitat:

“Biz bu səfəri çox yüksək qiymətləndiririk. Başa düşürük ki, bu, beynəlxalq siyasətdə görünməmiş hadisədir, dövlətdə birinci şəxs olmayan adam Prezident tərəfindən, özü də dünyanın aparıcı ölkəsinin Prezidenti və dünya siyasətçiləri arasında bir nömrəli Prezident tərəfindən ən yüksək səviyyədə qəbul edilir. Zənnimcə, bu təkcə mənim fikrim deyil, rəhbərlərin böyük əksəriyyətinin fikridir. Biz dəvət faktının özünü, münasibətlərin səviyyəsini, Mehriban Əliyevanın şəxsən Prezident tərəfindən ali “Dostluq” ordeni ilə təltif edilməsini və bu təltifdən sonra deyilən sözləri çox yüksək qiymətləndiririk”.

Beynəlxalq münasibətlər üzrə siyasi tədqiqatçı Əziz Əlibəylinin fikrincə, Mehriban Əliyevanın Rusiyaya səfəri iki ölkə arasında yeni bir mərhələnin başlanğıcıdır. “Birinci vitse-prezident əvvəllər də bu ölkəyə səfərində iki ölkənin əlaqələrinin intensiv inkişafı naminə ciddi addımlar atıb. Amma indiki səfərin proqramı, həyata keçirilən görüşlər, verilən bəyanatlar və görülən tədbirlərin miqyası özünün kulminasiya nöqtəsini yaşamaqdadır. Səfər çərçivəsində Mehriban xanımın Rusiyanın “Dostluq” ordeni ilə təltif edilməsi Rusiyada Azərbaycan rəhbərliyinə göstərilən diqqətin meyarı idi, üstəgəl, bu orden isti münasibətlərin və hazırkı həssas məqamda mehriban qonşuluq münasibətlərinin də təcəssümü oldu.

Ekspertin dediyinə görə, bölgəyə və regiona baxdıqda aşkar görmək mümkündür ki, qlobal və regional təhdidlərə qarşı birgə fəaliyyət niyyəti və əməli fəaliyyət yüksək səviyyədə həyata keçirilir.

“Biz bilirik ki, bütün Rusiya mediası düşmənlərimizlə doludur və ölkələrimizin münasibətlərinə xələl gətirməyə, təxribat törətməyə çalışırlar və Rusiya ictimai fikrində “özünəməxsus” azərbaycanlı obrazı yaradaraq, bizə zərbə vurmağa çalışırlar. Mehriban xanım bu səfərdə həm də o imici dağıtdı və Rusiya mediasına bildirdiyi fikirlərdə ölkəsi haqda müsbət imic yaratdı. Bu, təkcə obrazla da başa çatmadı, onun Rusiya siyasi elitasının bütün qolları ilə görüşlərində verdiyi mesajlar da əhəmiyyətlidir. Eyni zamanda, humanitar və iqtisadi əlaqələrin müzakirəsi zamanı real potensial qiymətləndirildi. Hazırda o da məlumdur ki, iki ölkə arasındakı iqtisadi dövriyyənin yükü MDB-də ən yüksəkdir. 11 min azərbaycanlı tələbə bu ölkədə ali təhsil alır. 2019-cu ildə Azərbaycana səyahətə gələn rus turistlərin sayı 900 min nəfərə çatıb”.

Politoloqun fikrincə, səfər çərçivəsində Birinci xanımın Xalq Təsərrüfatı Sərgisində “Azərbaycan pavilyonu”nun açılışında iştirakı ayrıca əhəmiyyət daşıyır. “Bu, bir tərəfdən Qafqaz regionunda düşmən Ermənistanın gözü qarşısında əməkdaşlıq formatının uğurunun, nəticəsinin, faydasının nümayişi idisə, digər tərəfdən ən ali səviyyədə siyasi və iqtisadi münasibətlərin olması, Azərbaycanın cazibədarlığının artması Rusiyanın belə bir müsbət, amma imtina və inkar edə bilməyəcəyi fakt qarşısında qalması ilə nəticələnərsə, mütləq seçimin Azərbaycandan yana olması deməkdir”.

Millət vəkili Elmira Axundovanın fikrincə, səfər əhəmiyyətinə görə Mehriban Əliyevanın dünya siyasət arenasında təqdimatı qismində çox mühüm oldu. Bu səfər AzərbaycanRusiya arasında ikitərəfli münasibətlərin yüksək səviyyəsini nümayiş etdirdi. “Hərçənd ­Mehriban Əliyeva Azərbaycanın ikinci şəxsidir, bununla belə, Azərbaycan Prezidenti İlham Əliyev kimi, onu ehtiram və hörmətlə qarşıladılar. Bu, birincisi, ölkələrimizin liderləri İlham Əliyev və Vladimir Putinin əsasını qoyduqları dövlətlərimiz arasında etimadın, əməkdaşlığın, dostluğun yüksək göstəricisidir. İkincisi isə, Mehriban Əliyevanın özünün dünyanın siyasi xəritəsində qazandığı nüfuzun mühüm göstəricisidir. Birinci vitse-prezidentin həm Baş nazir, həm Prezident, həm də Rusiyanın Federasiya Şurasının sədri tərəfindən qəbul edilməsi unikal hadisədir. Düşünürəm ki, heç bir dövlət xadimi həmin vəzifədə bu cür yüksək səviyyəyə layiq görülməyib. Bu səfər göstərdi ki, Azərbaycanın siyasi üfüqündə yeni lider meydana çıxıb və güclü dövlət olan Rusiya xadimlərinin də bunu etiraf etməsi olduqca mühümdür”.

Səbuhi MƏMMƏDLİ

pia.az


Etiket: Bakı- Moskva


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar