Bazar, 22 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Mehriban Əliyeva döyüşçülərin əhatəsində

Mehriban Əliyevan İnstaqram” sosial şəbəkəsindəki rəsmi hesabında şəhidlərin xatirəsini yad edib....

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin bir qrup məzunu ilə Vətənimiz naminə, Azərbaycan torpaqlarının işğalçılardan azad edilməsi naminə həyatından keçən şəhidlərin xatirəsini yad edib.

PİA.az Virtualaz.org-a istinadən bildirir ki, Mehriban Əliyevan bu barədə fikirlərini “İnstaqram” sosial şəbəkəsindəki rəsmi hesabında bölüşüb.

"Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin bir qrup məzunu ilə Vətənimiz naminə, Azərbaycan torpaqlarının işğalçılardan azad edilməsi naminə həyatından keçən şəhidlərin işıqlı xatirəsini yad etdim. Bu insanların qəhrəmanlığı qarşısında baş əyirəm.

Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm. Onların şücaəti, onların adları Azərbaycan tarixinə və Azərbaycan xalqının qəlbinə əbədi olaraq həkk olunub.

Allah rəhmət eləsin.

Ulu Tanrı hər zaman Azərbaycanı qorusun!", - deyə məlumatda vurğulanıb.

Mehriban Əliyeva gələcək zabitlərin əhatəsində Xiyabanı gəzib və şəhidlərin məzarları üzərinə çiçəklər qoyub.

Qeyd edək ki, Birinci vitse-prezidentin gələcək zabitlərlə bu görüşü geniş ictimaiyyətə və KİV-ə elan edilməmişdi.

pia.az


loading...