Cümə axşamı, 04 Mart 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Mehri dəhlizi açılsa, İrana və Ermənistana embarqo...

Türkiyənin Trabzon limanını idarə edən "Trabzon Liman İşletmeciliği A.Ş.” şirkətinin baş direktoru Müzəffər Ermiş limandan yükdaşımaların artması üçün ümidlərini ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları qaldırmasına, Naxçıvandan Azərbaycana dəhlizin açılmasına və Ermənistanla sərhədlərin açılmasına bağlayıb.

Müzəffər Ermiş bu haqda "Deniz Haber” portalına danışıb. Deyib ki, ABŞ-dakı hakimiyyət dəyişikliyinindən sonra yeni administrasiyanın İrana qarşı sanksiyaları yumşaldacağına ümid edirlər. "Trabzon limanının tranzit ticarətində önəmli rolu var. Lakin İrana qarşı tətbiq edilmiş ABŞ sanksiyaları nəticəsində tranzitin üzərindəki ən önəmli ölkə olan İranın idxal əməliyyatları kəskin azalıb. ABŞ İrana qarşı sanksiyaları yumşaltsa, Trabzon limanından daha çox yük ötürə biləcəyik”, - o bildirib.

Müzəffər Ermiş Azərbaycanın qələbəsi ilə başa çatan Qarabağ müharibəsinin də tranzit yükdaşımaları üçün yeni vəziyyət yaratdığını bildirib:

"Azərbaycanın işğal edilmiş torpaqlarını geri alması və bu arada Naxçıvanla Azərbaycan arasında dəhlizin açılmasına dair razılaşmanın əldə olunması bölgəmizə müsbət təsir edəcək. Bölgədə sülhün təmin edilməsi ilə Ermənistana qarşı tətbiq edilmiş embarqonun da qaldırılması gündəmə gələcək. Bu məsələdə hörmətli Əliyev müsbət yanaşma içərisindədir. Ermənistana qarşı embarqoların aradan qaldırılması və Naxçıvan dəhlizinin açılması halında ümid edirəm ki, Trabzon limanı ErmənistanAzərbaycanın Avropaya açılacağı ən önəmli tranzit qapısı olacaq”. (Virtualaz.org)

pia.az


Etiket:
z


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Karantin rejimi sərtləşdirilir? – 15 gün ərzində...

“İnsan həyasızlığının son həddini görürəm...” – Küyə getməyin! 

Ağdamda idarə rəisi minaya düşdü: Vəziyyəti ağırdır - Foto

Azərbaycan hansı addımlar atmalıdır ki, üçtərəfli bəyanatın 4-cü bəndi tam olaraq yerinə yetirilsin?..

“Karantin qaydaları sərtləşdirilə bilər” - Adil Qeybulla

Məşhur diktordan etiraf: “Qızım ərini döyürdü” – Video

Bir güllə belə atmadan 1500 ermənini zərərsizləşdirən “Hadrut fatehi” - Video

Təhsil Nazirliyinin nümayəndəsi: “Üstümüzə xod gedirsən” - Video

“Ərə getmək üçün uzun geyinə bilmərəm” - Səidə Sultan

Ən çox oxunanalar