Çərşənbə, 05 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Mehman və Emin Hüseynov qardaşlarıyla bağlı sensasion sənədlər yayıldı 

Hazırda xaricdə yaşayan tanınmış bloggerlər – Mehman və Emin Hüseynov qardaşlarıyla bağlı sensasion fakt aşkarlanıb...

“1news.az” saytı bloggerlərin 2018-ci ilin 06 avqustunda dünyasını dəyişmiş mərhum anaları Firəngiz Hüseynovanın sənədlərinin dəyişdirilərək, milliyyətinin gizlədildiyi haqda iddia irəli sürüb və bu barədə əldə etdikləri sənədlərin surətini yayıb.

Sənədlərdən aydın olur ki, Hüseynov qardaşlarının anası Firəngiz İbrahim qızı Hüseynovanın qızlıq soyadı Bədir-zadə olub və o, İbrahim Bədir-zadə və Mariya Yarullayevna Taynulina (milliyətcə krım tatarı) tərəfindən övladlığa götürülüb.

Arxiv sənədlərinin yoxlanılması zamanı aydınlaşıb ki, Hüseynov qardaşlarının anası əvvəlcə “Yevgeniya Qriqoryevna Ovanesova” adını daşıyıb.

Belə ki, doğum haqqında şəhadətnamədə erməni “Arfeniya Sergeyevna Ovanesova” onun anası olaraq göstərilib.

Daha dəqiq ifadə etsək, Yevgeniya Ovanesova yuxarıda göstərilən İbrahim Bədir-zadə və Mariya Taynulina tərəfindən övladlığa götürülüb və keçmiş soyadı Ovanesovanın üzərindən xətt çəkilərək, Bədir-zadə ilə əvəzlənib.

1967-ci ildə – 20 yaşı olanda Yevgeniya, Kustana şəhərinin (Qazaxıstan) nikah dairəsində, qeyd edildiyi kimi, adını “Firəngiz” olaraq dəyişdirib.

Qeyd edək ki, Hüseynov qardaşları indiyədək hakimiyyətdə çoxlarını erməni mənşəlilikdə ittiham etsələr də, öz analarının mənşəcə erməni olduğu və sənədlərinin dəyişdirildiyi barədə cəmiyyətə heç nə deməyiblər. Üstəlik, məsələnin daha bir maraqlı tərəfi odur ki, Emin və Mehman Hüseynovların bir başqa qardaşları da uzun illər Azərbaycan Silahlı Qüvvələrinin zabiti olub.

Sənədlərin surətini təqdim edirik:

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Gömrük generalı İsmayıl Hüseynovla bağlı araşdırma başlandı - Təfərrüat

İlham Əliyev və Mehriban Əliyeva Yasamalda salınacaq meşə tipli yeni parkda görüləcək işlərlə tanış olub - Foto, Yenilənib

Beyrutdakı partlayışda ölənlərin sayı 100-ü keçdi - Video, Foto, Yenilənib

"Azərbaycanfilm"-ə məxsus torpaq sahəsini özəlləşdirilməsinə icazəni Əbülfəs Qarayev veribmiş

Akim Bədəlovun Almaniyada yeni şirkətləri üzə çıxdı - Həyat yoldaşı milyonerdir...

“Niyə adamlar vəzifəyə gedəndə insanlığı düşürüb itirirlər?!” – Sahil Babayevin müavininə sərt tənqid

Lukaşenko hansı səbəblərdən Rusiya ilə yollarını ayırmaq istəyir?

Lukaşenko Rusiyaya xəbərdarlıq etdi: “Vəziyyət Vladivostoka qədər ağırlaşa bilər”

Gültəkin Hacıbəyli: “Karantinin uzanması bizə sərf edir” - Video

Nazirdən qeyri-ərzaq malları mağazalarının fəaliyyətinin bərpası ilə bağlı mühüm açıqlama

loading...

Ən çox oxunanalar