Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mehman Hüseynovun ətrafında hansı oyunlar gedir? - Hüquq müdafiəçisi anlatdı

Ədliyyə naziri yanında İctimai Komitənin üzvü: “Mehman Hüseynovla bağlı xaricdə və daxildə olan anti-azərbaycan qüvvələrinin təşkil etdiyi kampaniya aparılır”

“Ola bilsin ki, cəza müddəti bitdikdən sonra Mehman Hüseynov azadlığa buraxılsın və istintaq işi azadlıqda olduğu vaxtda aparılsın”.

Bu sözləri hüquq müdafiəçisi Sahib Məmmədov bloger Mehman Hüseynovun ətrafında baş verən prosesləri şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Yayılan məlumatlara görə, Mehman Hüseynovun qardaşı Emin Hüseynli Avropa parlamentinə müraciət edib. Onun Avropa Parlamentinə təqdim etdiyi sənəddə bildirilir ki, Mehman Hüseynov aclıq aksiyasını dayandırmayıb.

“Mehman Hüseynova aclığı dayandırması barədə təzyiqlər olmasına baxmayaraq, o, möhkəm dayanıb, aclıq aksiyasını davam etdirir. Onun beynəlxalq dəstəyə daha çox ehtiyacı var. Biz yalnız Mehman üçün deyil, Azərbaycandakı bütün siyasi məhbuslar üçün vəziyyəti dəyişməliyik”, deyə Emin Hüseynov yanvarın 10-da Vaşinqtonda Amerika Milli Mətbuat Mərkəzində bloger Mehman Hüseynov və digər siyasi məhbuslarla bağlı təşkil edilən mətbuat konfransında bildirib.

Avropa Parlamentinin deputatı Rebekka Harms isə özünün tvitter bloqunda bildirib ki, Avropa Parlamenti bu gün - yanvarın 17-də bloger Mehman Hüseynovla bağlı məsələni müzakirə edəcək. Eyni zamanda AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçisi Stefan Şennak da yanvarın 17-də Strasburqda Avropa Şurasının Parlament Assambleyasının qıs sessiyasının plenar iclasında bloger Mehman Hüseynovla bağlı məsələ qaldırılacağını bildirib.

Qeyd edək ki, Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib. Ötən il dekabrın 26-da həbsdə olan bloger Mehman Hüseynova qarşı yeni cinayət işi qaldırılması beynəlxalq ictimaiyyət tərəfindən tənqidlərlə qarşılanıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger Mehman Hüseynov isə ittihamın yalan və böhtan olduğunu bildirib. Dekabrın 26-dan etiraz olaraq quru aclığa başladığını bəyan edib. Sadəcə maye süd məhsulları içsə də, bu il yanvarın 7-də Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov bloger M.Hüseynovun cəmi bir günlük aclıq aksiyası keçirdiyini və səhərisi gün yemək yediyini bildirib.

Mehman Hüseynovun qardaşı Emin Hüseynlinin isə qardaşının hələ də aclıq aksiyası keçirdiyini bildirməsi çaşqınlığa səbəb olub. Məsələ ilə bağlı yanvarın 14-də Avropa Parlamentinin deputatı Petras Austrevicius Azərbaycan hökumətini blogeri azadlığa buraxmağa çağırıb. Bununla yanaşı, ABŞ senatoru Marko Rubio, ABŞ Helsinki Komissiyasının həmsədri Kris Smit, ATƏT-in və Avropa Şurasının media azadlığı üzrə komissarları, Avropa Şurası Paplament Assambleyasının Azərbaycan üzrə məruzəçiləri, Fransa Xarici İşlər Nazirliyi, Böyük Britaniya parlamentinin üzvü, çoxsaylı beynəlxalq təşkilatlar Azərbaycan hökumətini Mehman Hüseynovu həbsdən azad etməyə çağırıb. Blogerə dəstək aksiyaları fonunda Milli Şura yanvarın 19-na “Mehman Hüseynov və bütün siyasi məhbuslara azadlıq” tələbi ilə mitinq təyin edib.

Azərbaycan rəsmiləri isə ölkədə insan hüquqlarının durumu ilə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli hesab edib. Rəsmi Bakı bir qayda olaraq bütün fundamental azadlıqların tam təmin edildiyini, siyasi məhbusların olmadığını bildirib.

Maraqlıdır ki, iki əks fikir fonunda bloger Mehman Hüseynovun ətrafında nələr baş verir?

Bu mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı bu il bloger Mehman Hüseynovla görüşən Ədliyyə naziri yanında İctimai Komitənin üzvü, hüquq müdafiəçisi Sahib Məmmədovun fikirlərini öyrənib.

Sahib Məmmədov: “Mehman Hüseynovun martın 2-də həbs müddəti başa çatdıqdan sonra istintaq təcridxanasında saxlanacağı ilə bağlı heç bir istintaq orqanı açıqlama verməyib”.

Bloger Mehman Hüseynovun həb müddətinin konkret uzadılacağı ilə bağlı konkret açıqlamanın olmadığını bildirən hüquq müdafiəçisi Sahib Məmmədova görə, bəzi daxili və xarici qüvvələr Mehman Hüseynovdan öz anti-azərbaycan maraqlarını reallaşdırmaq üçün bir vasitə olaraq istifadə edirlər:

“Bloger Mehman Hüseynovla bağlı xaricdə və daxildə olan anti-azərbaycan qüvvələrinin təşkili etdiyi kampaniya aparılır. Bu kampaniyanın məqsədi Avropa Şurasının Parlament Assambleyası və Avropa İttifaqının parlamentində Azərbaycan əleyhinə qətnamənin qəbul edilməsidir. Kampaniyanın təşkili və gedişatı məhz bu məqsəd üzərində qurulub və davam etdirilir. Gözlənilən nəticə isə odur ki, bu məsələ ilə bağlı Azərbaycan hökumətinin əlində kifayət qədər sübutlar var.

Beynəlxalq səfirliklər, Qırmızı Xaç Komitəsi orada olub. Mən hələ daxili hüquq müdafiəçilərimiz və Ombudsmanı kənara qoyuram. Bununla yanaşı, bloger Mehman Hüseynovun özünün video və yazılı müraciəti var. Mehman Hüseynovun ac olmaması və cəmi bir neçə günlük qidadan qismən imtina etməsindən başqa bir hal yoxdur.

Digər tərəfdən Mehman Hüseynovun martın 2-də həbs müddəti başa çatdıqdan sonra istintaq təcridxanasında saxlanacağı ilə bağlı heç bir istintaq orqanı açıqlama verməyib. Ola bilsin ki, cəza müddəti bitdikdən sonra Mehman Hüseynov azadlığa buraxılsın və istintaq işi azadlıqda olduğu vaxtda aparılsın.

Məsələn, barəsində  qətimkan tədbiri kimi başqa yerə getməməsi ola bilər. Mən bunları misal kimi göstərirəm. Əslində qurulan yalan kampaniyası dağılıb, amma maraqlı olan lobbi qruplar bu işi davam etdirməyə çalışırlar. Çünki bundan başqa variantları yoxdur. Azərbaycan hökumətinin isə kifayət qədər arqumentləri var və onlarla hər şeyin qaydasında olduğunu sübut etməlidir”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar