Cümə axşamı, 22 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Mehman Əliyev Oqtay Gülalıyevlə bağlı Baş Prokurora müraciət etdi

Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev Baş Prokurora müraciət edib.

PİA.az müraciətin mətnini təqdim edir:

"Azərbaycan Respublikasının baş prokuroru Cənab Kamran Əliyevə

Hörmətli cənab baş prokuror,

Hüquq müdafiəçisi Oqtay Gülalıyev 2019-cu il oktyabrın 29-da Bakının mərkəzində piyada keçidində avtomobillə vurulub. Başından aldığı zədə nəticəsində hələ də komadadır.

Fakt üzrə O.Gülalıyevi vuran sürücü Kənan Abdullayevin barəsində CM-in 263.1.1-ci maddəsi (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) ilə cinayət işi qaldırılıb.

Hadisədən təxminən 11 ay keçsə də O.Gülalıyevin ailəsinin və müdafiə tərəfinin çağırış və tələblərinə baxmayaraq, iş indiyədək məhkəməyə verilməyib.

2020-ci il iyulun 4-də Nəsimi rayon prokuroru Həsən Hanifəyev O.Gülalıyevin vəkili Fuad Ağayevi və məni qəbul etdi.

Görüş zamanı bizə istintaqın gedişi və prokurorluğun son hərəkətləri barədə məlumat verildi. Əsasən istintaq orqanına – Nəsimi Rayon Polis İdarəsinin istintaq şöbəsinə O.Gülalıyevin nümayəndəsinin vəsatətində əksini tapan tələblərin əksəriyyətinin təmin edilməsi barədə göstəriş verildi.

Məsələ bundadır ki, 2019-cu ilin sonundan başlayaraq Fuad Ağayevin istintaq və prokurorluq orqanlarına dəfələrlə müraciətlərinə baxmayaraq, o bu müraciətlərə heç bir cavab almayıb, halbuki ki, adı çəkilən orqanlar onun vəsatətinə və şikayətlərinə baxılmasının nəticələri ilə bağlı onu qısa müddətdə məlumatlandırmalı idi.

İyulun 4-də keçirilən görüşdə prokuror H.Hənifəyev bildirdi ki, istintaq baş verənlərin mənzərəsinin tam bərpasında və işin ədalətli şəkildə araşdırılmasında maraqlıdır.

İstintaqın marağı çərçivəsində prokuror O.Gülalıyevin işini aparan əməkdaşlara tapşırdı ki, zərərçəkənin nümayəndələri ilə bundan sonra sıx ünsiyyət təmin edilsin. Bununla belə , iki aydan çox keçib, vəkil hələ də vəsatətə rəsmi cavab ala bilməyib.

Yuxarıda qeyd olunanlarla əlaqədar sizdən xahiş edirəm ki, vəkil F.Ağayevin bütün vəsatətlərinin təmin edilməsi üçün dərhal tədbirlər görəsiniz, habelə istintaq materiallarının gələcək baxılması üçün məhkəməyə verilməsini sürətləndirəsiniz.

Hörmətlə,

Mehman Əliyev, Oqtay Gülalıyevin ailəsinin maraqlarının qanuni nümayəndəsi"

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Sabah xoş xəbəri Xocavənd və Ağdərədən ala bilərik – Erməni etirafı

Deputat Azərbaycana ciddi təzyiq olacağından danışdı

Paşinyan: “Ya qələbə, ya da məğlubiyyət – orta yol yoxdur”

Düşmən Zəngilanda məscidi donuz fermasına çevirib - Video

Nikol etiraf edib ki, generallara qəhrəman adı verməyə tələsib

Nigar Camal Solovyovun doğum gününü təbrik etdi - Video

Xocalı cəlladı olan erməni generalı hərbçilərimizin əlinə keçməsin deyə Qarabağdan qaçırdılar

Qarabağa qanunsuz gedən Solovyov erməni olduğunu etiraf edib - Video

loading...

Ən çox oxunanalar