Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məhkəmə sistemində aparılan islahatlar yetərlidir? - Hüquq müdafiəçisindən şərh

Məhkəmələrdə süründürməçilik, sui-istifadə, vətəndaşların haqlı narazılığını doğuran digər pozuntulara, o cümlədən korrupsiya əməllərinə şərait yaradan hallar nə zaman ortadan qalxacaq?..

Hüquq müdafiəçisi: “Bu sistematik davam edən fəaliyyətdir. Yəni indiyə qədər yüzlərlə hakim barəsində müvafiq cəza tədbirləri görülüb”.

“İslahatlar həm prokurorluq orqanlarında, həm də məhkəmə sistemində gedir”.

Bu sözləri hüquq müdafiəçisi Sahib Məmmədov məhkəmə sistemində aparılan islahatların nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Məhkəmə-Hüquq Şurasının sədri, Ədliyyə naziri Fikrət Məmmədov və Ali Məhkəmənin sədri Ramiz Rzayevin iştirakı ilə videokonfrans formatında müşavirə keçirilib.

Müşavirədə son bir ildə 50-dən çox məhkəmədə monitorinqlər aparılıb, aşkar edilən pozuntular 150-dən artıq hakim və məhkəmə sədrinin diqqətinə çatdırılıb.

Yol verilmiş süründürməçilik, sui-istifadə, vətəndaşların haqlı narazılığını doğuran digər pozuntulara, o cümlədən korrupsiya əməllərinə şərait yaradan hallara görə ötən il 48 hakimin intizam məsuliyyətinə cəlb edildiyi, 2 nəfərin səlahiyyətlərinə xitam verildiyi, 7 nəfərin tutduğu vəzifədən azad olunduğu, son aylarda isə Ali Məhkəmənin 5 hakiminin aşağı işə keçirildiyi, 7-nin isə səlahiyyətlərinin uzadılmayaraq xitam edildiyi bildirilib.

Bu cür islahatlarla yuxarıda qeyd edilən neqativ halların qarşısını almaq mümkün olacaq?

Mövzunu PİA.az-ın əməkdaşı hüquq müdafiəçisi, Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov ilə müzakirə edib.

Sahib Məmmədov: “Məhkəmə sistemində mühüm dəyişikliklər olacaq”.

Məhkəmə Hüquq Sisteminin bütün iclaslarında vətəndaşların şikayətlərinə baxıldığını diqqətə çatdıran hüquq müdafiəçisi PİA.az-a açıqlamasında bildirib ki, daxil olan məlumatlar əsasında da müvafiq tədbirlər görülür:

“Bu sistematik davam edən fəaliyyətdir. Yəni indiyə qədər yüzlərlə hakim barəsində müvafiq cəza tədbirləri görülüb.

Həmçinin demək olar ki, Məhkəmə Hüquq Sisteminin bütün iclaslarında vətəndaşların şikayətlərinə baxılır. Daxil olan məlumatlar əsasında da müvafiq tədbirlər görülür. Buna görə də qeyd etdim ki, hakimlərin cəzalanması və işdən azad olunması davamlı işdir. Bu iş həm də kompleks həyata keçirilir. Yəni məhkəmə hakimiyyəti dedikdə həm də prokurorluq orqanları nəzərdə tutulur.

Sahib Məmmədov: “Hakimlərin cəzalanması və işdən azad olunması davamlı işdir”.

Göründüyü kimi islahatlar həm prokurorluq orqanlarında, həm də məhkəmə sistemində gedir. Amma bununla kifayətlənilmir və yeni məhkəmələr yaradılır. Bildiyimiz kimi hakimlərin sayı 34 faizə yaxın artırılır. Eyni zamanda hakimlərin və məhkəmə işçilərinin sosial təmibatını yaxşılaşdırılmasına yönələn Prezidentin məlum aprel fərmanı icra olunur.

Bütün bunları nəzərə alanda gözlənilir ki, məhkəmə sistemində mühüm dəyişikliklər olacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket: Məhkəmə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar