Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məhkəmə sistemində aparılan islahatlar ədalətsiz qərarların verilməsinin qarşısını ala biləcək?

Məhkəmə sistemində islahatlar nə vəd edir - Müsbətə doğru hansı dəyişikliklər olacaq?..

Vəkil: “Bu günə qədər məhkəmə hüquq sistemində aparılan islahatlar, bu islahatlar nəticəsində əldə olunan uğurların olmasına baxmayaraq bu gün bu sahədə kompleks yeniliklər aparılmaqdadır”.

“Dövlət səviyyəsində ciddi mübarizə tədbirlərinin görülməsinə baxmayaraq təəssüflər olsun ki, bu gün də məhkəmələrdə və digər hüquq mühafizə orqanlarında qeyri-prosessual münasibətlərə girməklə bağlı cəhdlərin şahidi olmaqdayıq”.

Bu sözləri vəkil Xəyal Bəşirov Azərbaycanda məhkəmə sahəsində aparılan islahatları PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycanın məhkəmə sistemində aparılan islahatlar çərçivəsində yanvarın 1-dən etibarən inzibati-iqtisadi məhkəmələr ləğv edilib və onları yeni yaradılmış kommersiya və inzibati məhkəmələr əvəz edib.

Ləğv edilən məhkəmələrin yerində ümumilikdə 12 yeni məhkəmə fəaliyyətə başlayıb. Bunlardan 6-sı kommersiya, 6-sı inzibati məhkəmədir. Yeni məhkəmələr regional prinsiplərlə, yəni ölkənin bütün şəhər və rayonlarında deyil – Bakı, Gəncə, Şəki, Şirvan, Sumqayıt, Naxçıvan şəhərlərində fəaliyyət göstərəcək.

Qeyd edək ki, indiyədək sahibkarlarla bağlı bütün mübahisələrə inzibati iqtisadi məhkəmələrdə baxılırdı. İndi isə sahibkarların öz aralarında olan mübahisələrə kommersiya məhkəmələrində, onların dövlət qurumları, o cümlədən, vergi, gömrük və DSMF ilə bağlı mübahisələrinə isə inzibati məhkəmələrdə baxılacaq.

Yeni məhkəmələrin işə düşməsi ilə yanaşı, buradakı hakim sayı da artırılıb. İndiyədək inzibati iqtisadi məhkəmələrdə 39 hakim çalışırdı, bu da hər hakimə düşən məhkəmə işlərinin sayını artırır, işlərə baxılmasını ləngidirdi. İndi isə yeni məhkəmələrə 42 hakim təyin edilib, tezliklə onların sayı 67-yə çatdırılacaq.

Məhkəmə sistemində edilən dəyişiklik bu sistemdə olan boşluqları doldura və xüsusən də ədalətsiz qərarların verilməsinin qarşısını ala biləcək?

Mövzunu PİA.az-ın əməkdaşı vəkillər kollegiyasının üzvü, vəkil Xəyal Bəşirovla müzakirə edib.

Xəyal Bəşirov: “Ən xoşagəlməz hallardan biri də qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası prosesində müxtəlif pozuntuların mövcud olmasındadır”.

Ölkədə məhkəmə sahəsində bir sıra problemlərin hələ də mövcud olduğunu vurğulayan vəkil PİA.az-a açıqlamasında əlavə edib ki, bu sahədə yeniliklərə böyük ehtiyac var və bu proses davam etdirilməlidir:

“İslahatlarla bağlı qeyd edim ki, həqiqətən də bu gün ölkəmizdə hüquqi dövlət quruculuğunun mühüm tərkib hissəsi olan məhkəmə hüquq sistemində islahatların həm dərinləşdirilməsi, həm də miqyasının genişləndirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmaqdadır. Dövlət başçısının dəfələrlə qeyd etdiyi kimi digər sahələrdə olduğu qədər bu sahədə yeniliklərə böyük ehtiyac vardır və bu proses davam etdirilməlidir.

Bu günə qədər məhkəmə hüquq sistemində aparılan islahatlar, bu islahatlar nəticəsində əldə olunan uğurların olmasına baxmayaraq bu gün bu sahədə kompleks yeniliklər aparılmaqdadır. Kompleks yeniliklər kimi həm qanunvericilik bazasının təkmilləşdirilməsi (bir sıra yeni qanunların və digər normativ aktların qəbul edilməsi, mövcud olanlara əlavə və dəyişikliklərin edilməsi və s.), institusional yeniliklərin olunması (kommersiya və inzibati məhkəmələrin, özəl icra və ekspertiza qurumlarının və s. yaradılması), kadr bazasının formalaşdırılması istiqamətində gəncləşdirmə siyasətinin həyata keçirilməsini nəzərəd tutan addımlar çox təqdirə layiq haldır.

Xəyal Bəşirov: “Ümid edək ki, bu sahədə atılan bütün addımlar uğurla nəticələnəcək”.

Bütün bunlara baxmayaraq bu sahədə bir sıra problemlər hələ də mövcud olmaqdadır. Dövlət səviyyəsində ciddi mübarizə tədbirlərinin görülməsinə baxmayaraq təəssüflər olsun ki, bu gün də məhkəmələrdə və digər hüquq mühafizə orqanlarında qeyri-prosessual münasibətlərə girməklə bağlı cəhdlərin şahidi olmaqdayıq və ən xoşagəlməz hallardan biri də qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası prosesində müxtəlif pozuntuların mövcud olmasındadır.

Sevindirici məqam odur ki, bu sahədə çoxşaxəli addımlar atılmaqdadır və dövlətin ən ali səviyyəsində, ölkə başçısı səviyyəsində qəti iradə ortaya qoyulmuşdur. Ümid edək ki, bu sahədə atılan bütün addımlar uğurla nəticələnəcək”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar