Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məhkəmə sədrlərinin və hakimlərin maaşlarının artması onların ədalətli olmalarına təsir edəcək?

Söhbət təkcə məhkəmənin müstəqil olmasından getmir, çünki bu gün Azərbaycan məhkəmə sisteminin təməl problemi, məhz qanunların üzərində formalaşan ədalət prinsipinə uymamasıdır...

Hüquqşünas: “Hazırda Azərbaycanda məhkəmə sahəsində çalışan insanlar dünyanın çox ölkəsində eyni vəzifədə çalışan insanların aldıqları maaşa adekvat maaş alırlar. Bu üzdən də mən məhkəmə sədrlərinin və hakimlərin maaşlarının artmasını ədalət prinsilərinin daha mükəmməl tətbiq olunacağı ilə əlaqələndirmirəm”.

“Ali Məhkəmənin sədri Azərbaycan Respublikasının qanunvericilik hakimiyyətinin, yəni parlamentin sədrinin maaşına uyğun əmək haqqı almalıdır. Buna görə də, Milli Məclisin sədrinin və deputatların maaşları artdığı zaman avtomatik olaraq adekvat şəkildə məhkəmə sədrləri və hakimlərin də maaşları artır”.

Bu sözləri hüquqşünas Xəyal Bəşirov Azərbaycanda məhkəmə sədrlərinin və hakimlərin maaşlarının 70% artırılmasını PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycanda məhkəmə sədrlərinin və hakimlərin maaşları 70% artırılır . Yeni düzənləmədə məhkəmə sədrləri və hakimləri 3000 manatdan artıq maaş alacaqlar. Amma bu da bir faktdır ki, Azərbaycanda bir çox problemlərin başında da məhkəmə sisteminin ədalət tərəzisinə uyğun çalışamamsı dayanır. Heç kimə sirr deyil ki, Azərbaycanda ədalət sistemi yarıiflic halındadır və əslində məhkəmə sisteminin ədalət prinsiplərinə və qanunlara sadiq olması Azərbaycanda bir çox siyasi, iqtisadi və sosial problemlərin təməldən formalaşmasına səbəb ola bilər.

Söhbət təkcə məhkəmənin müstəqil olmasından getmir, çünki bu gün Azərbaycan məhkəmə sisteminin təməl problemi, məhz qanunların üzərində formalaşan ədalət prinsipinə uymamasıdır. Yəni hakim müstəqil qərar verə bilsə belə, hansı ki, 60-70% proseslərdə onlar müstəqil qərar verə bilirlər, ədalətli olmadığı halda bu mahiyyətcə heç nəyi dəyişmir.

Eyni zamanda məhkəmə sədrlərinin və hakimlərin savad və peşəkarlıqlarının səviyyəsi də ədalət sisteminin işində əsas rol oynayır və bu məsələyə də Azərbaycan reallıqlarından yanaşanda görəcəyik ki, hakimlərin böyük qismi hansısa məmurların qohumlarıdır. Yəni qohumbazlıq məhkəmə sistemində də geniş spektrdə yer alıb ki, bu da hakimlərin savad və peşəkarlığına ciddi şəkildə təsir edən faktordur.

Məhkəmə sədrlərinin və hakimlərin maaşlarının artırılması məhkəmə sisteminin fəaliyyətində hansısa keyfiyyət dəyişikliyinə səbəb ola bilərmi? Ümumiyyətlə məhkəmə sisteminin əsas çatışmamazlıqları hansılardır və bu sistemin ədalət və qanun prinsipləri ilə çalışmasını təmin etmək üçün əsas hansı addımlar atılmalıdır?

Məhkəmə sahəsində olan çatışmamazlıqları PİA.az-ın əməkdaşı hüquqşünas Xəyal Bəşirov ilə müzakirə edib.

Xəyal Bəşirov: “Təbii ki, ədaləti təmin edən hakimin sosial müdafiəsi yaxşı olmalıdır. Amma onun savad və bilgiləri də buna cavab verməlifir. Ona görə də dövlət adına ədalətin bərqərar olmasını təmin edən həyata keçirən hakimin ədalətli olması təkcə əmək haqqı ilə bağlı ola bilməz”.

Məhkəmə sistemində 2000-ci ilin əvvəllərindən başlanan islahatların məntiqi sonuca çatmadığını və bu prosesin davam etməli olduğunu düşünən hüquqşünas PİA.az-a bildirib ki, aparılan islahatlara baxmayaraq məhkəmə sistemində ədalət prinsiplərinin çalışması ilə hələ də ciddi problemlər qalmaqdadır:

“Məlum olduğu kimi büdcə gəlirlərinin artması ilə bağlı artıq Azərbaycanda bir sıra sahələrdə, o cümlədən də məhkəmə sahəsində çalışan hakimlərin, məhkəmə sədrlərinin əmək haqqlarının artırılmasıyla bağlı dəyişiklik edilir. Qeyd edim ki, bu təkcə məhkəmə sahəsində deyil, qanunvericilik hakimiyyəti sahəsində, yəni Milli Məclisin deputatlarının əmək haqqlarının artırılmasıyla bağlı da dəyişikliklər mövcuddur. O cümlədən də, məhkəmə sahəsində məhkəmə hakimiyyətini həyata keçirən şəxslərin əmək haqqlarının artırılmasıyla bağlı mövzu gündəmdədir

Diqqətinizə çatdırım ki, Azərbaycan Respublikasının Konistitusiyasına görə Azərbaycanda hakimiyyətlərin bölgüsü prinsipi var. Konstitusiyanın müvafiq maddasinə əsasən Azərbaycanda də icra hakimiyyəti prezidentə məxsusdur, qanunvericilik hakimiyyətini Mİlli Məclis, ədalət mühakiməsini isə məhkəmə hakimiyyəti həyata keçirir. Yəni bu üç hakimiyyət qolundan ikisinin qanunvericilik hakimiyyətinin nümayəndələrinin, deputların maaşlarının artırılması və o cümlədən də, hakimlərin maaşlarının artırılmasıyla bağlı qanunvericilikdə bir-birlərinə uyğunlaşma var . Bu uyğunlaşmaya görə Ali Məhkəmənin sədri Azərbaycan Respublikasının qanunvericilik hakimiyyətinin, yəni parlamentin sədrinin maaşına uyğun əmək haqqı almalıdır. Buna görə də, Milli Məclisin sədrinin və deputatların maaşları artdığı zaman avtomatik olaraq adekvat şəkildə məhkəmə sədrləri və hakimlərin də maaşları artır.

Düşünürəm ki, bu bilavasitə Azərbaycan dövlətinin yürütdüyü siyasətin nəticəsidir ki, Azərbaycanda sosial sahədə, məhkəmə hüquq sistemində, qanunvericilik hakimiyyəti sahəsində çalışanların sosial müdafiəsində müntəzəm olaraq dəyişikliklər həyata keçirilir. Hesab edirəm ki, hazırda Azərbaycanda məhkəmə sahəsində çalışan insanlar dünyanın çox ölkəsində eyni vəzifədə çalışan insanların aldıqları maaşa adekvat maaş alırlar. Bu üzdən də mən məhkəmə sədrlərinin və hakimlərin maaşlarının artmasını ədalət prinsilərinin daha mükəmməl tətbiq olunacağı ilə əlaqələndirmirəm.

Xəyal Bəşirov: “Məhkəmə-hüquq sistemində ciddi kadr islahatlarına ehtiyac var. Çünki bir çox hakimlərin dünya və Azərbaycan məhkəmələrinin təcrübə sistemindən xəbərləri yoxdur və onların sahib olduqları bilgilər də qanunların tətbiq etdiyi ədaləti təmin etmək üçün yetərli deyil”.

Təbii ki, ədaləti təmin edən hakimin sosial müdafiəsi yaxşı olmalıdır. Amma onun savad və bilgiləri də buna cavab verməlifir. Ona görə də dövlət adına ədalətin bərqərar olmasını təmin edən həyata keçirən hakimin ədalətli olması təkcə əmək haqqı ilə bağlı ola bilməz. Burada bir sıra mühim amillər var. Bunlardan biri də hakimin ədaləti bərqərar etmək üçün daxili inamını rəhbər tutub qərar qəbul etməsidir. Daxili inam məsələsi də əmək haqqı və digər məqamlarla bağlı deyil.

Düşünürəm ki, məhkəmə-hüquq sistemində ciddi kadr islahatlarına ehtiyac var. Çünki bir çox hakimlərin dünya və Azərbaycan məhkəmələrinin təcrübə sistemindən xəbərləri yoxdur və onların sahib olduqları bilgilər də qanunların tətbiq etdiyi ədaləti təmin etmək üçün yetərli deyil.

Məhkəmə sistemində 2000-ci ilin əvvəllərindən başlanan islahatların məntiqi sonuca çatmadı. və aparılan islahatlara baxmayaraq məhkəmə sistemində ədalət prinsiplərinin çalışması ilə hələ də ciddi problemlər qalmaqdadır. Ona görə də islahatlar daha da dərinləşdirilməli və davam etdirilməlidir. Bir daha qeyd edim ki, hər şeydən kadrların seçilməsinə doğru yanaşma ortaya qoyulması və hakimlər öz katoqoriyalarında peşəkar olmalıdırlar. Əgər hansısa sahədə problem varsa, onunla mübarizə də davamlı şəkildə olmalıdır.

Onu da qeyd edim ki, hakimlərin imtahan vasitəsilə işə qəbul prosesində də ciddi dəyişikliklər olur. Bütün bu addımlar, bütün bu proseslər məhz ədalət sisteminin inkişaf etməsinə, təkamülünə və mükəmməlləşməsinə, ümumiyyətlə müasir məhkəmə standartlarına cavab verməsi istiqamətində atılan addımlardır. İnanıram ki, hər bir halda bu istiqamətdə yeniliklər Azərbaycan xalqının və Azərbaycan dövlətinin gözlədiyi nəticələri ortaya qoyacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar