Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məhkəmə jurnalisti cərimələdi

Lerik rayon məhkəməsi AzToday.az saytının redaktoru Elmidar Əliyevi Salyan rayonun sabiq icra başçısı Tahir Kərimovun iddiası əsasında 2 min manat cərimələyib...

Elmidar Əliyev məhkəmə qərarından narazıdır: “İlk öncə onu deməliyəm ki, Lerik rayon Məhkəməsinin sədri Atabəy Kiçibəyov Tahir Kərimovun iddiası ilə bağlı hazırlıq iclasını keçirmədən 1 proseslə məhkəmə iclasını başa çatdırdı. Belə ki, məhkəmənin hazırlıq iclasının 7 noyabr 2019-cü il tarixinə təyin olunması ilə bağlı mənə göndərilən məktubda iddia ərizəsinin sürəti təqdim olunmamışdı. Məhkəmə ilə əlaqə saxlayıb, iddia ərizəsinin sürətini göndərməyi tələb etdim. Lerik rayon məhkəməsi tərəfindən poçt vasitəsi ilə iddia ərizəsinin sürəti mənim qeydiyyatda olduğum ünvana noyabrın 16-da çatdırıldı və məhkəmə tərəfindən göndərilən məktubda məhkəmə iclasının noyabrın 28-nə təyin olunduğu göstərilmişdi.

Dünən keçirilən məhkəmə prosesində hakim Atabəy Kiçibəyova Tahir Kərimovun iddiasına etirazımı yazılı olaraq təqdim edərək, iddia ərizəsinin əsassız olduğunu nəzərə almaqla iddianın rədd edilməsini tələb etdim. Lakin qarşı tərəfin iştirak etmədiyi prosesdə hakim 10-15 dəqiqə ərzində qərar çıxaraq, 2 min manat cərimələnməyim və AzToday.az saytında dərc olunmuş “Kərimovlar ailəsinin Londondakə sərvəti – Sabiq icra başçısı ölkə xaricinə milyonlar daşıyıb” başlıqlı məqaləsindəki məlumatların təkzib olunması ilə bağlı qətnamə çıxartdı. Məhkəmə prosesində hakim Tahir Kərimovun övladlarının adına olan şirkətlərin və daşınmaz əmlaklarla bağlı məlumatların haradan götürdüyümü soruşduqda ona Birləşmiş Krallığın reyistr qurumlarının internet resurslarının adlarını bildirdim. İlkin təəssüratım o oldu ki, hakim Atabəy Kiçibəyovun ümumiyyətlə müasir informasiya vasitələrindən anlayışı yoxdur və ya əvvəlcədən iclasa hazır qərarla gəldiyi üçün sübutlarımızı nəzərə almadı”.

Jurnalist Prezident İlham Əliyevin 3 aprel 2019-cü il tarixində imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmandan sonra Lerik rayon Məhkəməsinin sədrinin ildırım sürəti ilə, yəni 12 səhifəlik etirazda təqdim olunan sübutları nəzərə almadan qərar çıxarmasının səbəbini hakim Atabəy Kiçibəyovun sifarişlə hərəkət etməsi ilə izah edib:

“Başqa bir səbəb görə bilmirəm. Hakim Atabəy Kiçibəyovla bağlı qısa bir araşdırma apardım. Məlum oldu ki, insanlar arasında Atabəy Kiçibəyovun reputasısiyası heç də müsbət deyil və xeyli insan onun qərarlarından şikayət edir. Hakimdən Məhkəmə – Hüquq Şurasına qanuni prosedurlara əməl etməməsi ilə bağlı şikayət edəcəyəm. Eyni zamanda məhkəmə qətnaməsini aldıqdan sonra apellyasiya şikayəti verəcəyəm”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

Ən çox oxunanalar