Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məhkəmə dənizi hasarlayan iş adamının cəriməsini ləğv etdi

Bakı Apellyasiya Məhkəməsində məşhur iş adamı, “Sədərək” ticrarət mərkəzinin sahibi Yusif Qədimbəylinin cərimələnməsi barədə qərarın ləğv edilməsi ilə bağlı qərardan Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən şikayətə baxılıb

Hakim Rizvan Səfərovun sədrlik etdiyi iclasda Nəsimi Rayon Məhkəməsinin qərarı ləğv edilib.

İş yenidən baxılması üçün birinci instansiyaya qaytarılıb.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi Y.Qədibəyli barəsində İnzibati Xətalar Məcəlləsinin 248.2-ci maddəsi ilə protokol tərtib edib.

Bu maddə Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrini müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan hasara alma yolu ilə və ya digər üsullarla bağlanılması ilə bağlı məsuliyyəti nəzərdə tutur.

Qədimbəyli bu əməli inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsində təqsirləndirilir. Bu əmələ görə, fiziki şəxslər beş min manat məbləğində, vəzifəli şəxslər on min manat məbləğində, hüquqi şəxslər əlli min manat məbləğində cərimə edilir.

Nəsimi Rayon Məhkəməsi cərimə qərarını ləğv edib. Bu qərardan Komitənin verdiyi apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılıb.

Qeyd edək ki, Yusif Qədimbəyli “Sədərək” ticrarət mərkəzinin və Qubada yerləşən Qafqaz TV (əvvəllər “Xəyal” adlanıb) regional telekanalının sahibidir.(report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar