Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məhkəmə Bakı ginekoloqunu ciddi səhvinə görə cəzalandırdı

Səbail Rayon Məhkəməsində hakim Mədinə Bağırovanın sədrliyi ilə Bakı şəhər sakini, 33 yaşlı Gülçin Nəsib qızı Aslanovanın həkim-ginekoloq Aytən Səfərovaya qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə iddiasına baxılıb

Məhkəmə hesab edib ki, G.Aslanovanın sağlamlığına məhz Aytən Səfərovanın icra etdiyi cərrahiyyə əməliyyatı zamanı ziyan dəyib.

PİA.az xəbər verir ki, Virtualaz.org bu yaxınlarda zərərçəkmiş Gülçin Aslanovanın şikayətini işıqlandırmışdı. G.Aslanova bildirmişdi ki, ötən ilin mayında “Caspian İnternational Hospital”da qeysəriyyə əməliyyatı ilə 3-cü övladını dünyaya gətirib. Cərrahiyyə əməliyyatı zamanı həkim onun sidik kisəsini deşib, lakin xəsarəti gizlədib. “Güclü ağrılarım vardı, qarnım şişmişdi. Səfərova məni təkrar müayinə etdi və bağırsaq keçməzliyi diaqnozu qoydu. Halbuki ilk gündən sidik kisəsini deşdiyini bilirmiş, sadəcə, vaxtı uzatmaq və beləliklə də, məsuliyyətdən yayınmaq istəyib”, -G.Aslanova baş verənləri danışıb.

G.Aslanova qeysəriyyə əməliyyatından sonra daha 2 əməliyyat keçirib, onun qarnından 10 litrdən çox maye çıxarılıb. Aldığı psixoloji travma nəticəsində körpəyə qulluq edə bilməyib.

Şikayətçi əlavə edib ki, üstəlik, A.Səfərova ilə bağlı dedikləri saytda işıq üzü görəndən sonra həkimin yaxınları tərəfindən ona və həyat yoldaşına müxtəlif təzyiqlər göstərməyə çalışıblar. “Mən yalnız həkimin səhvini etiraf etməsini istəyirdim. Çünki Aytən Səfərova hər gün yerli telekanallarda reklam edilir, ekspert qismində şou-proqramlara dəvət olunur. İnsanların reklamlara aldanmamasını istəyirəm. Heç kimə mənim yaşadığım dəhşətli ağrıları yaşamasını arzulamıram”, -G.Aslanova söyləyib.

Məhkənin qərarı ilə A.Səfərova iddiaçıya 7 min 108 manat 67 qəpik, eləcə də mənəvi zərər kimi 200 manat ödəməlidir. Ayrıca şikayətçinin Aytən Səfərovanın məsuliyyətə cəlb edilməsi ilə bağlı Səbail Rayon Məhkəməsinə verdiyi digər iddiasına da baxılıb və məhkəmə işin yenidən araşdırılmasına qərar verib.

İşə Səbail Rayon Prokurorluğunda baxılacaq.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar