Bazar ertəsi, 25 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Məhəmməd Hadinin 140 illik yubileyi qeyd ediləcək - Sərəncam

Prezident Məhəmməd Hadinin 140 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb...

Prezident İlham Əliyev "Məhəmməd Hadinin 140 illiyinin qeyd edilməsi haqqında" sərəncam imzalayıb.

"Report"un xəbərinə görə, sərəncamda deyilir:

"2019-cu ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair və publisist Məhəmməd Hadinin (Ağaməhəmməd Hacı Əbdülsəlim oğlunun) anadan olmasının 140 illiyi tamam olur.

Məhəmməd Hadi XX əsr Azərbaycan poeziyasında romantizmin ədəbi cərəyan kimi təşəkkülü və inkişafında mühüm xidmətlər göstərmişdir. Şərq bədii-estetik fikir tarixinin dərin bilicisi olan bu qüdrətli qələm sahibi bütün istedadını doğma vətəninin mədəni tərəqqisi uğrunda mübarizəyə həsr etmişdir. Şairin dövrün mürəkkəb sosial-siyasi mənzərəsini dolğun əks etdirən, ictimai həyat hadisələrini fəlsəfi mövqedən işıqlandıran və eyni zamanda, özünün bənzərsiz sənətkarlıq xüsusiyyətləri ilə seçilən, maarifçilik ideyaları ilə zəngin əsərlərində elmin və mədəniyyətin təbliği başlıca yer tuturdu. Xalqları oyanışa və istiqlaliyyət uğrunda mübarizəyə səsləyən Məhəmməd Hadi azadlığı cəmiyyətin və şəxsiyyətin həyatının mənası sayaraq onu daim romantik vüsətlə tərənnüm etmişdir".

Sərəncamla Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, mütəfəkkir şair Məhəmməd Hadinin 140 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Bakıda məşhur biznesmenin oğlu "Range Rover"lə qəza törətdi, hadisə yerində öldü - Video

Səs yazısı yayılan Anar Cəbrayıllı danışdı: “Məni şantaj etməyə başladı ki...” - Audio

Bakıda gənc qadın özünü hündürmərtəbəli binadan atdı - Anbaan video

“Mikayıl Cabbarov həm Tarif Şurasının, həm də SOCAR-ın Müşahidə Şurasının rəhbəridir”

Kurqinyanın rus kanalında inanılmaz həyasızlığı: Şuşa...

Paytaxt xəstəxanasında özbaşınalıq: Baş həkim dövlətin verdiyi dərmanları satır - Video  

İşğaldan azad olunmuş rayonlara qeydiyyat dayandırılıb - Rayon rəhbərləri

Ramiz Mehdiyevin AMEA "islahatları"nın pərdəarxası məqamları..

Azərbaycanlını öldürən dəniz quldurları haqda bilmədiklərimiz - Foto

“Heç nədən durub ASAN imzaya aylıq 2,5 manat ödəməliyik, yazdım, həyəcan təbili çaldım...” - Azər Həsrət

Bəxtiyar Vahabzadənin oğlu: "Rusiyanı niyə bu qədər ilahiləşdirirlər?"

Ən çox oxunanalar