Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Medvedyev və Rusiya hökuməti istefa verdi: Putin Baş nazirə yeni vəzifə təklif etdi

Ruasiya Federasiyasının Baş naziri Dmitri Medvedev prezidentin Federal Məclisə mesajından sonra Vladimir Putinlə görüşdə bütün hökumətin istefa verəcəyini bildirib...

Qaynarinfo xəbər verir ki, bu haqda mk.ru məlumat verib.

"Vladimir Vladimiroviç prezident olaraq gələn il üçün ölkəmizdəki işlərin təkcə prioritetlərini deyil, Rusiya Federasiyasının Konstitusiyasına bir sıra köklü dəyişiklikləri də müəyyən edib", - Medvedev deyib və əlavə edib ki, bu dəyişikliklər Konstitusiyanın bir sıra maddələrinə və hökumətə əhəmiyyətli dəyişikliklər edəcək.

Medvedev bu şərtlərdə hökumətin istefa verməsinin ən doğru qərar olduğunu bildirib:

"Bu kontekstdə, aydındır ki, biz Rusiya Federasiyası hökuməti olaraq ölkəmizin prezidentinə bunun üçün lazım olan bütün qərarları qəbul etmək imkanını verməliyik".

Buna cavab olaraq Vladimir Putin hökumət üzvlərinə birgə işlərinə görə təşəkkür edib. Ancaq onu da qeyd edib ki, istədikləri hər şeyə nail ola bilməyiblər.

Putin hökumətdən yeni bir kabinet formalaşana qədər işini davam etdirməsini istəyib. O, həmçinin hökumətin hər bir üzvü ilə tezliklə görüşəcəyini vəd edib.
Bundan əlavə, prezident Rusiyanın Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsini Dmitri Medvedevə təklif etmək niyyətində olduğunu bildirib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar