Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Media ekspertindən agentlik şərhi

Hüquqşünas, media eksperti Ələsgər Məmmədli Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında Medianın İnkişafı Agentliyi publik hüquqi şəxs yaradılmasına münasibət bildirib. Novator.az-ın məlumatına görə, o yazır ki, yeni qurum çap mediası və onlayn media sahəsində inzibati cəzalandırmaqdan tutmuş sahibkarlıqla məşğul olmağa qədər geniş səlahiyyətlər alıb: “Agentliyin nizamnaməsində qanunvericilikdə olmayan anlayışlardan istifadələr də mövcuddur. Məsələn, “KİV haqqında”, “Teleradio haqqında” qanunlarda olmayan audiovizual media subyektləri anlayışı.

Medianın fəaliyyətinə nəzarət edən mərkəzi icra hakimiyyəti qurumunu Avropa Şurasına girərkən ləğv etmişdik (Mətbuat və İnformasiya Nazirliyinin 2001-ci ildə ləğv olunmasnı nəzərdə tutur – red.). İndi publik hüquqi şəxs formatında yeni bir mərkəzi icra hakimiyyəti orqanı yaradıldı. Üstəlik, qarmaqarışıq səlahiyyətlərlə, cəmiyyətdə müzakirəsi aparılmadan…

Belə bir qurum yaradılmadan öncə məsələ media ictimaiyyətinin müzakirəsinə çıxarılmalı, ehtiyaclar və mümkün addımlar müzakirə edilməli idi”.

Medianın İnkişafı Agentliyi publik hüquqi şəxs yanvarın 12-də yaradılıb. Prezident fərmanı ilə təsdiqlənən nizamnaməsinə əsasən, Medianın İnkişafı Agentliyi medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində fəaliyyət göstərir.

Qurumun fəaliyyət istiqamətləri sırasında onlayn mediada yayımlanan informasiya qanunla nəzərdə tutulan tələblərə cavab vermədikdə bununla bağlı tədbir görülməsi məqsədilə aidiyyəti üzrə müraciət etmək; çap mediası və onlayn media sahəsində inzibati xəta əlamətləri aşkar etdikdə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək kimi məsələlər də var.

Qurumun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti prezidentin vəzifəyə təyin etdiyi sədr və 6 üzvdən ibarət Müşahidə Şurası həyata keçirir.

Cari rəhbərlik prezidentin vəzifəyə təyin etdiyi icraçı direktorun səlahiyyətindədir.

Yanvarın 12-də prezident həmçinin sərəncam imzalayaraq Əhməd İsmayılovu Medianın İnkişafı Agentliyinin icraçı direktoru təyin edib. Əhməd İsmayılov 2020-ci il aprelin 4-dən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru idi.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2009-cu ildən fəaliyyət göstərirdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar