Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Media da “evdə qal” kampaniyasına qoşuldu

Redaksiyalar bağlandı...

Koronavirusa yoluxan adamların sayı yarım milyonu ötüb. Pandemiya ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, 24 mart 2020-ci il saat 00:00-dan 20 aprel saat 00:00-dək Azərbaycanda xüsusi karantin rejimi elan edilib.

Maraqlıdır, koronavirusdan qorunmağın yollarından yazan, bu qorxunc infeksiya ilə bağlı ictimaiyyəti vaxtaşırı olaraq məlumatlandıran media nümayəndələri özləri hansı rejimdə çalışırlar?

Yenisabah.az bu suala cavab tapmaq üçün media kapitanları arasında sorğu keçirib.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu əməkdaşların evdən işlədiyini deyib: “Əksəriyyətimiz evdən işləyirik. Təkcə canlı yayımlar studiyada olur, həmin müddətdə də orada qonaq və cəmi 3-4 nəfər olur. Hələ ki, bu sistemlə işləyirik”.

Media kapitanı uzaqdan işləməyin bəzi mənfi tərəfləri olduğunu da vurğulayıb: “Əlbəttə, işə mənfi təsirləri var. Bərabər ofisdən işləməyin üstünlükləri başqadır - işçilərin bir-biri ilə məsləhətləşmək imkanı olur”.

“Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı isə işçilərin aprelin 4-nə qədər tətildə olduğunu bildirib: “Bizdə hələ tətil başa çatmayıb. Əməkdaşlarımız aprelin 4-nə qədər istirahətdə olacaqlar. Hazırda növbətçilər evdən işləyir”.

Report.az saytının baş redaktoru Murad Əliyev martın 29-dan etibarən distant iş rejiminə keçəcəklərini deyib: “Martın 29-dan etibarən distant işləyəcəyik. Ofisdə maksimum 4-5 adam qalacaq, digərləri onlayn şəkildə evdən işləyəcəklər. İş rejimi dayanmayacaq, davam edəcəyik”.

“Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər iş prosesinin evdən davam etdiyini bildirib: “Hazırda iş prosesi gedir, lakin işçilər evdən işləyirlər. Sadəcə, çəkiliş qrupu canlı yayımlar olan zaman müvəqqəti işə çıxır. Admin və müxbir heyəti isə evdən fəaliyyət göstərir. ÜST-nın hesabatına görə, gələcək həftələr daha kritik olacağı üçün böyük ehtimalla çəkilişləri də təxirə salacağıq”.

pia.az


Etiket: Evdə qal

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

İsrail İrana cavab zərbəsi hazırlayır: Hədəf hara olacaq?

Ən çox oxunanalar