Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mədət Quliyevdən ilk açıqlama: “Gözlənilməz oldu”

Prezident İlham Əliyevin sərəncamı ilə nazir postuna gətirilən Mədət Quliyev yeni təyinatı ilə bağlı açıqlama verib

"Biz əsgərlərik. Dövlət başçımız uğurla, qətiyyətlə, mətinliklə dövlətimizi irəli aparır və dövlətimiz inkişaf edir. Belə olan yerdə biz dövlətimizin əsgərləriyik və xidmət etməliyik"- deyə o bildirib.

Mədət Quliyev yeni təyinatının onun üçün gözlənilməz olub-olmadığı barədə suala belə cavab verib:

"Ümumiyyətlə, bu günə qədər olan bütün təyinatlarım mənim üçün gözlənilməz olub. Lakin təyinatlarımdan sonra həmişə öz xidmətlərimlə məşğul olmuşam".

Mədət Quliyev təyinat yerində həvəslə işə başladığını deyib:

"Dünya inkişaf edir. Bu sahə dövlət başçımızın xüsusi nəzarətindədir. Prezidentimiz bu istiqamətdə öz tapşırıqlarını verib və biz də onu yerinə yetiririk".

Bu təyinata görə cənab Prezident İlham Əliyevə təşəkkürünü çatdıran Mədət Quliyev deyib ki, Ali Baş Komandanın bu ali etimadını öz xidmətləri ilə yüksək səviyyədə doğruldacaq. Nazir qeyd edib ki, ona tapşırılan sahənin inkişafı, dövlətimizin müdafiəsi və təhlükəsizliyi, milli maraqları üçün bundan sonra da şərəflə Azərbaycana xidmət göstərəcək.(Musavat.com)

pia.az


Etiket: Mədət Quliyev

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar