Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Türkiyədə görüşlər keçirib

Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir.

Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, səfər çərçivəsində Azərbaycan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti rəisi Azad Cəfərli Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri Serkan Kayalarla görüşüb. Görüşdə həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli və TİKA-nın kabinet rəhbəri Samet Kapısız iştirak edib.

Görüşdə mədəni irsin qorunması, bərpası sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması istiqamətində fikir mübadiləsi aparılıb. İki ölkə arasında mədəni irs sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin böyük perspektivlərinin olduğu vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Azad Cəfərli və Səadət Xələfbəyli Yunus Əmrə İnstitutunun rəhbəri Şərəf Atəş ilə də görüşüb. Görüşdə iki tərəfli əməkdaşlın genişləndirilməsi, iki qardaş ölkə mədəniyyətinin təbliği, mədəni irsin tanıdılması məsələləri müzakirə olunub. Mədəni irsin qorunması ilə yanaşı Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin fəaliyyəti, təlimlərin təşkili sahəsində əməkdaşlığın perspektivləri qeyd olunub. Mərkəzinin inkişaf etdirilməsi üçün Türkiyənin təcrübəsindən yararlanmaq, təlim-tədris məsələləri, eləcə də texniki dəstəyin göstərilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar