Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MDB-də koronavirusa yoluxmayan yeganə ölkə - Tacikistan

“Toçikiston” telekanalının yaydığı məumata görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Tacikistandakı nümayəndəsi Qalina Perfilyova bu ölkədə COVID-19 virusunun olmadığını deyib...

Perfilyova indiyədək respublikada 700-dən çox koronavirus testi aparıldığını və bütün nəticələrin mənfi olduğunu vurğulayıb. Tacikistan Səhiyyə nazirinin müavini Şodixon Camşed jurnalistlərə deyib ki, bununla bağlı əhali arasında izahat işi aparılır, ölkədə ərzaq çatışmazlığı təhlükəsinin olmadığı bildirilir. O deyib ki, martın əvəvlindən etibarən Çin, Cənubi Koreya, İtaliya, İran və Əfqanıstandan gələn 1500 nəfər 14 günlük karantinə yerləşdirilib. Həmin insanlarda hələ ki, virus əlaməti aşkar olunmayıb.

Maraqlıdır, MDB məkanlarında vəziyyət necədir?

Cebhe.info xəbər verir ki, MDB-yə üz dövlətlərdən olan Azərbaycanda 41 yeni koronavirus faktı qeydə alınıb. Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 8 nəfərin vəziyyəti ağır, 11 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti isə stabildir. Bildirək ki, hazırkı dövrədək ölkəmizdə 400 nəfər koronavirus infeksiyasına yoluxmuşdu, onlardan 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 369 nəfər isə xüsusi rejimli xəstəxanalarda müalicə alır. Belarusda indiyədək 2 nəfər koronavirusdan ölüb, 163 nəfər isə hələ də bu virusun daşıyıcısıdır. Ermənistanda pandemiyaya yoluxanların sayı 663-ə çatıb. Son sutkada 92 yoluxma faktı qeydə alınıb, ölənlərin sayı isə 4 nəfərə çatıb. Qazaxıstanda martın 15-dən aprelin 15-dək fövqəladə vəziyyət elan edilib. Bundan başqa, martın 19-da Nur-Sultan və Almatıda karantin rejiminin tətbiqinə başlanılıb. Qazaxıstan Səhiyyə Nazirliyi bildirib ki, hazırda ölkə üzrə koronavirusa yoluxanların ümumi sayı 423 nəfərdir. Qırğızıstanda 24 saatda 9 nəfər Covid-19 virusuna yoluxub və xəstələrin sayı 116 nəfərə çatıb. Bununla bağlı Qırğızıstan koronavirusla bağlı Respublika Qərargahı məlumat yayıb. Bildirilib ki, 5 xəstə sağalıb, 5 nəfər isə reanimasiya şöbəsindədir, onların vəziyyəti çox ağırdır.Hazırda ölkədə karantində 1588 nəfər var. Bu günədək 9128 test həyata keçirilib. Moldovada təsdiqlənmiş koronavirus hadisələrinin sayı son bir gündə 35 artaraq 298 nəfər olub. Bugünədək ölkədə virusdan 2 nəfər ölüb. Moldova parlamenti martın 17-dən mayın 15-dək fövqəladə vəziyyət elan edib. Özbəkistanda virusa yoluxanların sayı son 24 saatda 6 nəfər artıb. Özbəkistanın Səhiyyə Nazirliyinin məlumatına görə, ölkə üzrə virusa yoluxanların sayı 190-a çatıb. Bu ölkədə Covid-19 2 can alıb. Rusiyada isə vəziyyət bir qədər mürəkkəbdir. Belə ki, daha 771 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Yeni yoluxmalar ölkənin 29 bölgəsində qeydə alınıb.Lakin ümumilikdə 76 bölgədə virus aşkarlanıb. Beləliklə, ölkə üzrə yoluxanların sayı 3 548 nəfərdir. Son sutka ərzində Rusiyada 6 nəfər ölüb, ümumilikdə isə 30 ölüm hadisəsi qeydə alınıb.

Tacikistanda niyə yoxdur?

Belə bir zamanda Tacikistanda koronavirusun olmama səbəbi maraqlıdır. Səbəbi ilə bağlı Səhiyyə nazirinin müavini Tolo İsakov bildirib ki, buna səbəb daha əvvəldən profilaktik tədbirlərin görülməsidir: “Çində virus ortaya çıxanda biz tədbirlər görürük ki, virusun yayılmasının qarşısını əvvəlcədən alaq. Təkcə Çinlə yox, digər ölkələrlə də sərhəddə sanitar məntəqələr var. Hər yerdə teplovizrolar qoyuldu, mütəxəssislər təlimatlandırıldı. Əgər əvvəlcə bu işə 50-60 mütəxəssis cəlb edilmişdisə, sonra onların sayı 500-ə çatıdırıldı. Deyirlər ki, niyə Tacikistanda virus yoxdur? Niyə olmalıdır ki? Olmaması üçün bütün tədbirlər görülüb. Profilaktik tədbirlərə 30 milyon som ayrılıb. Biz hökumətdən daha 40 milyon som istəmişik". (Cebhe.info)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar