Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mayk Pens Çini total soyuq müharibə ilə təhdid edib

Əgər Çin öz davranışlarını dəyişməsə, onu ABŞ və tərəfdaşları ilə total soyuq müharibə gözləyir

Bunu "Washington Post" qəzetinə müsahibəsində ABŞ-ın vitse-prezidenti Mayk Pens deyib.

O bildirib ki, Çinin "ən yaxşı (əgər sonuncu deyilsə) şans"ı ABŞ ilə soyuq müharibə ssenarisindən qaçmaqdır – bu, onun iqtisadi, hərbi və siyasi fəaliyyətində böyük dəyişikliklərə" gətirib çıxaracaq.

"Düşünürəm ki, bunun böyük hissəsi Argentinadakı görüşdən asılı olacaq", - deyə Pens ABŞ prezidenti Donald Trampın Buenos-Ayresdə Çin sədri Si Szinpinlə planlaşdırılan görüşünü nəzərdə tutaraq bildirib.

Pekin ABŞ-la soyuq müharibədən qaçmayacağı təqdirdə nə baş verəcək sualına, Pens belə cavab verib: "Deməli, belə də olmalıdır".

O qeyd edib ki, Pekin əhəmiyyətli və konkret güzəştlərə getməsə, ABŞ Çinə qarşı iqtisadi, diplomatik və siyasi təzyiqləri gücləndirməyə hazırdır. Pens hesab edir ki, ABŞ iqtisadiyyatı bu gərginliyə tab gətirmək üçün kifayət qədər güclüdür, Çin iqtisadiyyatı isə "daha az sabitdir".

Bundan əvvəl Almaniya Çindən uyğur məsələsində şəffaf olmağı tələb edib.(Report)

pia.az


Etiket: Mayk Pens Çin

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar