Şənbə, 31 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Maye qazın qiyməti ilə bağlı - Açıqlama

Son dövrdə Azərbaycanda maye qaza olan tələbat artıb

PİA.az xəbər verir ki, tələbat artımına səbəb maye qazın, ilk növbədə, həm kimya sənayesində, həm də yanacaq kimi istifadə olunmasıdır. Belə ki, kimya sənayesində son dövrdə sürətli inkişaf olduğuna görə LPG-yə olan tələbat da çoxalıb. Digər tərəfdən, Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan dövrü təmir işləri müddətində tələbat kəskinləşib, qıtlıq daha da artıb.

Maye qaz və ya LPG kimi bazarda satışda olan məhsulun qiyməti təchizatçı şirkət tərəfindən tənzimlənir. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) həmin məhsulun ölkə daxilində, sadəcə, istehsalçısıdır. Lakin təchizatçı şirkət tələbata görə məhsulu həm də xaricdən idxal edə bilər.

Yəni SOCAR-ın məhsul üzərində hər hansı bir inhisarçılığı yoxdur və onun qiymətinin tənzimlənməsini həyata keçirmir. Bu qiymət həm SOCAR yanacaqdoldurma məntəqələri, həm də digər yanacaqdoldurma məntəqələri üçün yəqin ki, eyni olacaq və yaxın zamanlarda qiymət artımını gözləmək olar. Maye qazın qiymətinin artımı bununla bağlıdır ki, son dövrdə bazarda bu məhsula olan tələbat artıb.

Artıq dünən “Azpetrol” yanacaqdoldurma məntəqələrində maye qazın satış qiyməti 0,45 manatdan 0,65 manata qaldırılıb.

LPG-nin satışını həyata keçirən şirkət SOCAR olmasa da, istehlakçıların məmnuniyyətini maksimum dərəcədə təmin etmək üçün şirkət bir müddət əvvəl qabaqlayıcı tədbir olaraq bazara alternativ, daha əlverişli olan analoji yanacaq məhsulunu daxil edib. Bu da CNG-dir - yəni sıxışdırılmış təbii qaz.

Sıxışdırılmış təbii qaz və maye qaz tamamilə ayrı-ayrı məhsullardır. Sıxışdırılmış təbii qazın satışı artıq SOCAR-ın bir çox yanacaqdoldurma məntəqələrində həyata keçirilir. Onun satış qiyməti 0,45 manatdır və qiymətində yaxın zamanda dəyişiklik gözlənilmir. Bu, bununla bağlıdır ki, sıxışdırılmış təbii qaz evdə istifadə etdiyimiz təbii qazdan əldə olunur. Azərbaycanda isə təbii qaz ehtiyatları boldur, bu da qarşıdakı illərdə bu məhsulla təminatı tam rahat şəkildə mümkün edəcək.

Qeyd edək ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu regionun yeganə neftayırma kompleksidir və Azərbaycanın yanacağa olan tələbatının əsas hissəsini təmin edir. Zavodda 15 adda neft məhsulu, o cümlədən avtomobil benzini, təyyarə yanacağı, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur. Hazırda Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya layihəsinin 2-ci və 3-cü mərhələləri həyata keçirilir. Layihə çərçivəsində artıq 2021-2022-ci illərdə Azərbaycanda AVRO-5 standartına cavab verən dizel və benzin yanacağının istehsal olunması nəzərdə tutulur. 2024-2025-ci illərdə isə istehsalat həcminin 7,5 milyon tona qədər artırılması istiqamətində aparılan işlərin də başa çatdırılması planlaşdırılıb. (report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Paşinyan Rusiya sülhməramlılarının gəlməsi üçün yalvardı...

Əsir götürülmüş azərbaycanlı hərbçilər yaxın məsafədən atəş açılaraq qətlə yetirilib

“Ordumuz Laçın və Şuşada düşməni mühasirəyə alıb” - Açıqlama

Paşinyanın şok məktubu yayıldı: “Qarabağı verək, əvəzində...” - Foto

Ordumuzun məhv etdiyi 12 milyonluq erməni “Smerç”i – Azərbaycanda bu raketdən nə qədər var? 

Putin Təhlükəsizlik Şurasının iclasını topladı

Daha 9 kənd işğaldan azad edildi - Prezidentdən "tvit"

“Putin bir ay susdu, amma indi...” - Qarabağla bağlı plan nədir?

Bu da Anna Akopyanın qadın “batalyon”u – Fotolar

Azərbaycan Ordusunun məhv etdiyi P-18 nədir? - Detallar

Putinin yeni Qarabağ açıqlamaları - Rusiya prezidenti ədalətli mövqe sərgiləyir?...

Azərbaycan ordusu dünyanın ən güclü RLS-lərindən birini Qarabağda məhv etdi

loading...

Ən çox oxunanalar