Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

May ayında bu bürcləri böyük şans gözləyir

Sosial fəaliyyətiniz uğurlu olacaq...

Qoç

Bu ay mövqenizin möhkəmləndirilməsi ilə məşğul olmalısınız. Milli.Az bildirir ki, yeni layihələrə başlamaq üçün əlverişli zaman deyil. İşiniz darıxdırıcı gəlsə belə, onu atmayın. Şayiələrə qulaq asmaq məsləhətdir. Bu, uğurlu olmaq üçün testdir. Əgər sizi müzakirə edirlərsə, deməli hər şey yaxşıdır.

Buğa

Mayda enerjiniz yüksələcək, bir sıra işlərin, hətta uzun zamandan bəri sonraya saxladığınız işlərin öhdəsindən gələ biləcəksiniz. Sosial fəaliyyətiniz uğurlu olacaq. Daha çox siyasətçi və müəllimlərin bəxti gətirəcək.

Əkizlər

Bu ay başladığınız işi sona çatdırmalısınız. Ondan imtina etmək və ya sonraya saxlamaq alınmayacaq. Paralel olaraq sizi tənbəllik və ya həll olunmamış problemlər basacaq. Bu aralar yaxınlarınızla dalaşmayın, işdə isə yalnız özünüzə güvənin.

Xərçəng

Rahatlanmaq və olduğunuz kimi görünmək istəyi mayın əvvəllərində reallaşacaq. Təbii istəklərinizə qarşı çıxmayın. Bu ay bir qədər sərbəstlik sizə heç bir zərər gətirməz. Sərt addımlar atmayın. Ayrılıq, şəraitin dəyişdirilməsi rahatlıq gətirəcək, amma bir müddətlik. Tez zamanda ailənizə və ya əvvəlki işinizə geri dönmək istəyəcəksiniz.

Şir

Bu ay enerji axını sizə təzadlı reaksiya verəcək. Reaksiyaların gecikməsi və qeyri-iradilik əmələ gələcək. Məhz buna görə Şirlər bütün hərəkətlərini diqqətlə ölçüb-biçməli və ətraflarında onları başa düşəcək insanların az olduğuna özlərini hazırlamalıdırlar. Səfərləri sonraya saxlayın, onsuz da uğurlu alınmayacaq.

Qız

Mayda işgüzar və kateqorik olacaqsınız. Dava və ayrılıqlar ehtimal olunur, çünki Qızlar yanlarında ikiüzlülüyü qəbul etmirlər. Hansısa sosial imtiyazın itirilməsi gözlənilir. Amma ki, Qızların rəhbərlik etmək imkanları yüksəkdə olacaq. Ona görə də mayda bütün işlərin ucundan yapışmaqdansa, ideal icraçı tapın.

Tərəzi

Maydakı situasiyalar xoşunuza gəlməyəcək. Hadisələr sizin üçün uğursuz olacaq. İstədiyinizə müqaviməti aşaraq və ya ətrafdakılarn hissinə təsir edərək çatacaqsınız. Ola bilsin qarşılıqlı inamsızlıq yaransın. Gizlənmək və ya heç nə etməmək istəyi yaranacaq, onda həqiqətən heç nə alınmayacaq. Falçılardan uzaq durmanız məsləhətdir.

Əqrəb

Bu ay insanlara münasibətinizi dəyişəcəksiniz. Tez-tez qarşınıza qeyri-adi və ürəyiaçıq insanlar çıxacaq. Onlar sizə qarşılıqsız yardım edəcəklər. Sizsə yeni tanışlarınıza bənzəməyə Can atacaqsınız. İşləriniz qaydasına düşəcək, bir sıra problemləri həll etmiş olacaqsınız.

Oxatan

Mayda həyat prinsipiniz dəyişəcək. Ola bilsin, bu, köçmə və yeni vəzifəyə keçmənizlə əlaqədar olacaq. Zahiri dəyişikliklər heç kimin gözünə batmayacaq, amma tezliklə başqa adama çevrildiyinizi anlayacaqlar. Oxatanlar isə heç nə hiss etməyəcəklər.

Oğlaq

Avtoritetiniz sübuta yetirilməyə ehtiyac duyacaq. Bu zaman nə isə etmək mütləq deyil. Sadəcə mətbuat və ya iclasda uğurla iştirak etmək kifayətdir. Burada müzakirə olunan məsələ üzrə maksimum informasiya əldə etməlisiniz. Sizin özünüzə inamınız opponentlərinizin hücumlarını dəf edəcək.

Dolça

Bu ay xəyalpərəstliyə icazə verilmir. İşdə və münasibətlərdə realizm yalnız fayda gətirəcək. Ola bilsin darıxacaq və real fikirlərinizi kiməsə söyləmək istəyəcəksiniz, amma bunu etməyə dəyməz. Özünüzü nəzarətdə saxlasanız, hər şey istəyinizcə olacaq.

Balıqlar

Məşğuliyyətinizi dəyişmək imkanı yaranacaq. Əlinizə əvvəllər yerinə yetirilməsi mümkün olmayan bir layihə düşəcək. Belə olan halda işə düşünmədən başlayın. Hər şeyin uğurla alınmasına ehtimal çoxdur. Alınmasa, deməli bunu ürəkdən istəmirdiniz. (ölkə.az)

pia.az


Etiket: bürclər


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar