Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Maştağada qəddar cinayət: arvadını yandıran, əyyaşlıq edən Xudabaxışovun işi

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadının üstünə benzin tökərək yandırmaqda ittiham olunan 39 yaşlı Ceyhun Xudabaxışovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb

Hadisə ötən il mayın 5-də Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Ailədaxili münaqişə zamanı C.Xudabaxışov həyat yoldaşı Raziyə Aslanovanın üzərinə benzin tökərək ona od vurub. Ağır dərəcəli bədən xəsarətləri almış qadın dərhal 5 saylı xəstəxanaya çatdırılb.

Törətdiyi cinayət əməlinə görə, C.Xudabaxışovun barəsində Cinayət Məcəlləsinin 29,120 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq dövründə isə C.Xudabaxışovun əməli Cinayət Məcəlləsinin 127.2.2 -ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsinə tövsif olunub.

Oğlunu benzin dalınca göndərib, evi və arvadı yandırmaq üçün...

Təqsirləndirilən C.Xudabaxışov ifadəsində deyib ki, səhər saatlarında yuxudan oyandıqda evin səliqəsiz olduğunu görüb arvadı ilə mübahisə edib, ailə üzvlərini həyətə çıxarıb, oğlunu benzin almağa yollayıb, evi od vurub yandıracağı ilə hədələyib. Atasının niyyətindən xəbərsiz olan övladı dükandan aldığı plasmas qabdakı benzini ona verib. Ailə başçısı benzini otaqlara səpməyə başlayarkən Raziyə içəri girib və ona mane olmağa çalışıb.

“Qabdakı benzini onun üzərinə də tökdüm. Sonra evdən çıxdım, pilləkəndə oturub siqaret çəkdim. Evə girdim, yenə dedim, evi yandıracağam. Raziyə çölə çıxmadı. Onu itələdim, elektrik qızdırıcısına dəydi, yanmağa başladı. Tez odeyal götürüb söndürməyə çalışdım. Sonra xəstəxanaya apardıq”,-qəddar cinayətə əl atan Xudabaxışov belə deyib.

C.Xudabaxışov hadisə zamanı arvadına xəsarət yetirdiyini etiraf etsə də, onu öldürmək niyyətində olmadığını deyib.

Zülmlə pul qazanan qadın, içib yatan ər...

Çörəkbişirmə sexində işləyən, səhər saatlarında gecə növbəsindən qayıdan Raziyə Aslanova ərinin yenə də içkili halda yatdığını görüb. Yorğun olduğundan qızına dincələcəyini bildirib, atası ayılanda onu yuxudan durğuzmağı tapşırıb və yan otağa keçib. Bir qədər sonra isə ərinin qışqırığına yuxudan ayılıb.

“Yuxudan oyanıb Ceyhunun yanına getdim. Saçımdan yapışıb qabyuyana sarı apardı. Qabların niyə çirkli olduğunu soruşdu. Dedim, çayını iç, indi hamısını yuyub təmizləyəcəyəm. Lakin səliqəsizliyi, natəmizliyi bəhanə edib məni döydü, təpiklə vurdu. Oğlumu qonşuya benzin almağa göndərdi. Uşaq atasının qorxusundan pulu götürüb çıxdı”- zərərçəkmiş ifadəsində deyib.

R.Aslanovanın ifadəsinə görə, ərinin əlindən qaçıb həyətdə gizlənib, onun sakitləşməsini gözləyib. Elə bu vaxt qızı ağlaya-ağlaya yanına gələrək atasının evə benzin tökdüyünü deyib: “Tez evə sarı qaçdım. Mən içəri girən kimi giriş qapısını bağladı, benzini əşyaların, döşəmənin üstünə səpdi, hamısını yandıracağını dedi. Yalvardım, dedim ki, yandırma, bizdən əl çək. Yalvarışlarıma baxmadı, mənim də üstümə benzin tökdü, alışqanı yandırıb əlimə sarı uzatdı. Alışqanı mənə uzadan kimi alov qalxdı, yanmağa başladım. Evin ortasında o baş bu başa qaçdım. Alov ən çox bədənimin sol tərəfinə yayılmışdı. Qızımla birgə alovu vaxtında söndürdüyüm üçün evdəki əşyalara ziyan dəymədi”.

Heç yerdə işləməyən, əyyaşlıq edən despot atanın qızı bunları danışır...

Şahid qismində dindirilən Z.Xudabaxışova atasının heç yerdə işləmədiyini, mütəmadi olaraq spirtli içki qəbul etdiyini, anasının isə evin yaxınlığındakı çörəkbişirmə sexində gecə növbəsində işlədiyini deyib: “Evin natəmizliyini bəhanə edib anamı tez-tez döyürdü. Anam axşam yenə gecə növbəsinə getmişdi, atam isə sərxoş idi. Səhər anam növbədən gəlib yatdı. Atamın mətbəxdəki qabları sındırmasının səsinə yuxudan ayıldım, tez mətbəxə qaçdım. Atam anamı döyürdü, qabları niyə yumadığını soruşurdu. Səsə qardaşım da yuxudan oyandı”.

Azyaşlı şahid deyir ki, atası qardaşını benzin dalınca göndərsə də, səbəbini deməyib: “Qardaşım benzini gətirən kimi otağa səpdi. Anam həyətdə idi, qorxub onu çağırdım. İçəri girən kimi atam benzini anamın üstünə tökdü. Dedi ki, indi səni də, evi də yandıracağam. Alışqanla od vurdu. Qardaşım qorxduğu üçün qapının arxasında gizləndi. Mənsə kənarda dayanıb, anamı yandırmaması üçün atama yalvarırdım, qışqırırdım. Anamı alov bürüdükdə su dolu qrafinkanı onun üstünə tökdüm. Sonrasa odeyal götürüb atamla birgə anamı söndürdük”.

Məhkəmənin hökmü ilə Ceyhun Xudabaxışov 9 il müddətinə azadlıqdan məhrum edilib.(virtualaz.org)

pia.az


Etiket: Cinayət


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - Video

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Ən çox oxunanalar