Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Maşını tuneldə qalan sürücünün pulunu kim verəcək? - Foto

Dünən Sabunçu rayonunda tuneli su basandan sonrakı müəmma hələ də davam edir

Ötən gün günorta saatlarında "Azərbaycan Dəmir Yolları" QSC həmin yolda hərəkətin bərpa olunduğunu bildirsə də, vətəndaşlar sosial şəbəkələrdə foto və video paylaşaraq yolun bağlı olduğunu qeyd ediblər.

Amma QSC-nin sözçüsü Natəvan Bayramova növbəti dəfə saytımıza bildirib ki, tunelə yığılan su nasoslarla çəkilib və təmizlənib: "Sadəcə, yolda suyun çöküntüləri, palçıq qalıb. Buna görə də yoldan palçığın təmizlənməsi işləri aparılır".

Tuneldə "Mercedes" markalı maşını qalan Elcan Hacıyev sözügedən sayta deyib ki, tuneldən su dünən saat 18-dən sonra təmizlənib: "Maşını "Niva" ilə çəkib çıxartdım, amma bütün hissələri dəyişilməlidir. Maşın daha ələ gələsi deyil. Mənə isə heç kim kompensasiya ödəmir. FHN-dən dedilər ki, pulumu "Azərsu"dan alım. Deyilənə görə, Neftayırma zavodunun tullantılarını daşıyan boru partlayıb və tuneli su basıb. Buna görə də məhkəməyə müraciət edəcəyəm".

"Azərsu" ASC-nin sözçüsü Anar Cəbrayıllı bildirib ki, həmin tuneldə və yaxın ərazidə quruma bağlı hər hansı qurğuları yoxdur: "Tuneli su basmasının bizə heç bir aidiyyəti yoxdur".

FHN sözçüsü Gülçin Mehdiyeva açıqlayıb ki, onun təmsil etdiyi dövlət qurumunun orada araşdırma aparmaq səlahiyyəti olmadığı üçün səbəbi dəqiq bilmirlər: "Amma tuneli su basması yağış suyu nəticəsində olmayıb".

SOCAR-in mətbuat katibi İbrahim Əhmədov da ittihamları rədd edərək son günlər Neftayırma zavonun borularında hər hansı qəza baş vermədiyini vurğulayıb: "Ümumiyyətlə, o ərazidən bizim heç bir borumuz keçmir".(qafqazinfo)

pia.az


Etiket: Maşın

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar