Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Maşın bazarında vəziyyət: Hansı avtomobillər bahalaşacaq?

“Yeni avtomobillərin bazarında 5 faizə qədər qiymət fərqi müşahidə oluna bilər”.

Bu barədə Oxu.Az-a Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı məlumat verib.

O bildirib ki, burada söhbət yeni modifikasiyalardan, dizayn və interyer dəyişiklərindən, avtomobilin imkanlarının genişləndirilməsindən gedir:

“Bu meyarları nəzərə almaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə bazara təklif olunan qiymətlərdə qeyd edilən qiymət fərqi ola bilər. İkinci əl avtomobil bazarında isə hazırda qiymət artımına səbəb yoxdur. Doğrudur, qiymətlərin artdığı ilə bağlı fikirlər mövcuddur. Lakin alqı-satqı əməliyyatlarında bu proses demək olar ki, müşahidə olunmur”.

Ekspertin fikrincə, pandemiya avtomobilləşmə prosesində insanlarda stimul yaradıb, ictimai nəqliyyatın hərəkətinə qadağaların tətbiq edilməsi vətəndaşlarda avtomobilə olan marağı bir qədər də artırıb. Tələbatın artmasına baxmayaraq bütün vətəndaşların imkanları tam şəkildə buna adekvat olmaya bilər. Bu cəhətdən pandemiya Azərbaycanda ikinci əl avtomobil bazarındakı qiymətlərə o qədər də təsir göstərmədi. Post-pandemiyada isə qiymətlərin necə olacağı ilə bağlı proqnoz vermək hələ tezdir. Prosesin necə irəliləyəcəyi və necə bitəcəyi bəlli deyil”.

Ramil Osmanlı qeyd edib ki, illər keçdikcə Azərbaycanda avtomobil parkının yenilənməsi prosesi gedir, lakin bu prosesin qarşısını bəzi inzibati qərarlar alır:

“2013-2014-cü illərdə Azərbaycana il ərzində 100 minə yaxın nəqliyyat vasitəsi idxal olunurdusa, burada minik avtomobillərinin xüsusi çəkisi 80 faizdən çox idi. Hazırda isə bu rəqəmlər son 1-2 ildə təqribən 40-45 min ətrafında dəyişir və minik avtomobillərinin payı ən yaxşı halda 75 faizə yaxın olur. Azərbaycanda yeni avtomobillərin, təqribən 10 il ərzində istismarda olan nəqliyyat vasitələrinin ümumi avtomobil parkındakı payının ən yaxşı halda 20-25 faizə bərabər olacağı gözlənilir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar